Erməniyə casusluq edən vətəndaşımızın meyiti ortada qaldı, əhali qəbiristanlığa qoymadı



Bir müddət öncə Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycana qarşı genişmiqyaslı təxribat fəaliyyətinin qarşısı alınıb.

Tərtər rayonu sakinlərinin məlumaınta görə, vətənə xəyanət etmiş şəxslərdən biri Mehman Telman oğlu Hüseynov olub. Onun bu günlərdə öldüyü və dəfn edildiyi bildirilir. Mehman Hüseynov Tərtər rayonunda yaşayırmış.

Tərtərin Dəmirçi kənd inzibati ərazisi üzrə nümayəndəsi Zəqəm Ağayev modern.az-a bildirib ki, adı çəkilən şəxs Cəmilli kəndindəndir və həmin kəndin qəbiristanlığında dəfn olunub. Z.Ağayev deyib ki, M.Hüseynovun yaşayış yeri Cəmilli kəndi olub.

"Onun 34 yaşı var idi. Hazırda onun həyat yoldaşı iki az yaşlı oğlu ilə birlikdə Cəmilli kəndində yaşayır".

Məsələ ilə bağlı Cəmilli kənd inzibati ərazisi üzrə nümayəndə Manaf Məmmədov bildirib ki, xəyanətkar Cəmillidə yaşasa da, əslən Ağkənd qeydiyyatında olub:
"Mehmanın anası Ağkənddə yaşayır. Atası 1980-cı illərdə vəfat edib. Həmin vaxt Mehman anası ilə birlikdə Ağkəndə gedib. Mehman Hüseynovun xanımı əslən Cəmillidəndir. Mehmanın atası Cəmilli qəbiristanlığında dəfn olunduğuna görə, yaxınları onu Cəmillidə dəfn etmək istədilər. Amma kənd sakinləri Mehmanın Cəmilli qəbiristanlığında dəfn olunmasına icazə vermirdilər. Ona görə də qəbiristanlığın çöl tərəfində, "setka"nın o biri üzündə basdırılıb".
Kənd rəsmisi sakinlərin Mehmanın qəbiristanlıqda dəfn olunmasına qarşı çıxmasını onun vətənə xəyanətilə əlaqələndirib:
"Bizim kəndin camaatı xəyanətkarın bu torpaqda dəfn olunmasına icazə vermirdi. Sakinlər dedilər ki, "bizim müqəddəs yerimizdə o cür satqının dəfn olunmasını istəmirik". Uzun çək-çevirdən sonra Mehmanı qəbiristanlığın çöl tərəfində basdırılmasına icazə verdilər".
M.Məmmədov digər xəyanətkarlar barədə əlavə məlumat vermək istəməyib.

Şərhləri

Oxşar Xəbərlər