Müsəlmanlara zərbə! Namaz qılmaq QADAĞAN OLUNDU


Müsəlmanlara zərbə! Namaz qılmaq QADAĞAN OLUNDU

Danimarkada məktəbdə namaz qadağan edildi.

Sen.az-ın anspress-ə istinadən bildirir ki, bu qərarı paytaxt Kopenhagenin şimalındakı məktəblərdən biri qəbul edib.

Səhiyyə və pedaqoji təhsil verən SOPU Hillerod məktəbindəki qadağa bir tələbənin baş idarədən aldığı məktubla üzə çıxıb. Sosial şəbəkələrdə paylaşılan məktub sərt reaksiyaya səbəb olub.

Tələbə "İdarədən yeni qərara. SOPU Hillerodda namaz qıla bilərəm? Cavab - YOX" yazan bir plakatla fotosunu paylaşıb.

Məktəb müdiri İnger Marqarit Censen namaz qadağasının qoyulduğunu təsdiqləyib. O, son zamanlar yaşanan bəzi hadisələrdən sonra məktəbin qayda-qanunlarını xatırlatdıqlarını deyib. "Bəzi tələbələr məktəbdə bir məscid qurmaq istədilər. İslami ibadət çox nəzərəçarpacaq hala gəlib. Hətta bəzi dəhlizlərdən belə namaz qılmaq üçün istifadə edilirdi. Din və təhsil bir-birindən ayrıdır. Din insanın şəxsi həyatına aid bir xüsusdur".

Direktor nəinki dərs saatlarında, tənəffüslərdə belə namaz qılmağın qadağan olunduğunu deyib.

Yasağa qarşı xristianların da arasında olduğu imzatoplama kampaniyası başlayıb.

Əhalisi 5,6 milyon olan Danimarkada 200 mindən çox müsəlman yaşayır.

Şərhləri

Oxşar Xəbərlər