Çərşənbə axşamı , Sentyabr 16 2025

Vətəndaşların NƏZƏRİNƏ: Bəzi rayonlarda qaz olmayacaq

Sabah Azərbaycanın bəzi rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz Kəmərinin korroziyaya uğramış hissəsinin dəyişdirilməsi, iki ədəd futlyarın quraşdırılması və kəmərin müvafiq hissəsində yaranmış qaz sızmasının ləğvi ilə bağlı sabah təmir işlərinin görülməsi planlaşdırılır.

Təmir işləri aparılan müddətdə saat 08:30-dan İmişli rayonunun (tam olaraq), Cəbrayıl rayonundan məcburi köçkün düşmüş sakinlərin Biləsuvar rayonu ərazisində kompakt yaşadığı 11 qəsəbənin, Saatlı rayonu üzrə Məzrəli kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

www.SEN.az

About FERZELIYEV

Check Also

Tramp daha iki şəhərə Milli Qvardiyanın əsgərlərini göndərə bilər

ABŞ prezidenti Donald Tramp cinayətkarlıqla mübarizə üçün Çikaqo və Nyu-York şəhərlərinə də Milli Qvardiyanının əsgərlərini …

AİB Azərbaycanın infrastrukturunun iqlimə davamlılığını artırmaq üçün layihələr hazırlayacaq

Bakı. Trend: Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın infrastrukturunun iqlimə davamlılığının artırılmasına yönələn layihələr hazırlayacaq. Bu …

KİV: Rusiyada bu il qarabaşaq məhsulu 35% azala bilər

Əlverişsiz hava şəraiti və iqtisadi çətinliklər səbəbindən Rusiyada 2025-ci ilin sonuna qədər qarabaşaq məhsulu 35% …

Keyt Kelloq Ukraynaya səfər edəcək

ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq avqustun 23-də Ukraynaya səfər edəcək. “SEN.az”un xəbərinə görə, bu …

İtaliyanın keçmiş baş naziri Avropanın geosiyasi təsirinin azaldığını bildirib

Bakı. Trend: İtaliyanın keçmiş baş naziri və Avropa Mərkəzi Bankının (AMB) keçmiş rəhbəri Mario Draqi …