Çərşənbə axşamı , Sentyabr 16 2025

Şirvanşahlar sarayının girişində turist yıxıldı, təcili yardım gecikdi – İDDİA + AÇIQLAMA

Şirvanşahlar sarayının girişində yıxılan turistə təcili tibbi yardım maşınının gec gəldiyi iddia edilib. 

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. 

Bildirilib ki, Cənubi Koreyadan olan turist Şirvanşahlar sarayının girişində yıxılıb və ayağı zədələnib. Təcili yardım çağırılsa da, hadisə yerinə çox gec çatıb və operator kobud cavab verib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Sen.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən xarici vətəndaşa dair çağırış Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ötən gün 16:33 radələrində daxil olub:

“Çağırış 16:37-də operator tərəfindən briqadaya ötürülüb. Təcili tibbi yardım briqadası saat 16:58-də ünvana çatıb. Zəruri tibbi yardım göstərildikdən sonra şəxsin ixtisaslaşmış tibb müəssisəsinə təxliyəsi və hospitalizasiyası təmin olunub. Çağırışla bağlı səs yazısında operator tərəfindən hər hansı etik və ünsiyyət qaydalarının pozulması halına isə rast gəlinməyib”.

İlhamə Əbülfət

www.SEN.az

About FERZELIYEV

Check Also

Tramp daha iki şəhərə Milli Qvardiyanın əsgərlərini göndərə bilər

ABŞ prezidenti Donald Tramp cinayətkarlıqla mübarizə üçün Çikaqo və Nyu-York şəhərlərinə də Milli Qvardiyanının əsgərlərini …

AİB Azərbaycanın infrastrukturunun iqlimə davamlılığını artırmaq üçün layihələr hazırlayacaq

Bakı. Trend: Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın infrastrukturunun iqlimə davamlılığının artırılmasına yönələn layihələr hazırlayacaq. Bu …

KİV: Rusiyada bu il qarabaşaq məhsulu 35% azala bilər

Əlverişsiz hava şəraiti və iqtisadi çətinliklər səbəbindən Rusiyada 2025-ci ilin sonuna qədər qarabaşaq məhsulu 35% …

Keyt Kelloq Ukraynaya səfər edəcək

ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq avqustun 23-də Ukraynaya səfər edəcək. “SEN.az”un xəbərinə görə, bu …

İtaliyanın keçmiş baş naziri Avropanın geosiyasi təsirinin azaldığını bildirib

Bakı. Trend: İtaliyanın keçmiş baş naziri və Avropa Mərkəzi Bankının (AMB) keçmiş rəhbəri Mario Draqi …