Çərşənbə axşamı , Sentyabr 16 2025

Rayonlardan birində qaz təchizatında müvəqqəti fasilə yaranacaq

SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Beyləqan-Horadiz” yüksək təzyiqli magistral qaz kəmərinin 59,6-cı km-də “Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd” avtomobil yoluna paralel yeni çəkilmiş yüksək təzyiqli qaz kəmərinin qaz nəqli sisteminə birləşdirilməsi ilə bağlı, 17.11.2022-ci il tarixdə saat 08:00-dan etibarən işlər başa çatanadək “Füzuli Diaqnostika”, “Füzuli-Horadiz” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması nəzərdə tutulur.

“Azəriqaz” İstehsalat Birliyindən “SEN.az-Economics”ə verilən məlumata görə, həmçinin “Əhmədbəyli” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttinin üzərində filtrin quraşdırılması ilə bağlı, 17.11.2022-ci il tarixdə saat 09:00-dan etibarən işlər başa çatanadək “Əhmədbəyli” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Füzuli rayonunun (Horadiz şəhəri, 22 kənd və 17 qəsəbə) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

www.SEN.az

About FERZELIYEV

Check Also

Tramp daha iki şəhərə Milli Qvardiyanın əsgərlərini göndərə bilər

ABŞ prezidenti Donald Tramp cinayətkarlıqla mübarizə üçün Çikaqo və Nyu-York şəhərlərinə də Milli Qvardiyanının əsgərlərini …

AİB Azərbaycanın infrastrukturunun iqlimə davamlılığını artırmaq üçün layihələr hazırlayacaq

Bakı. Trend: Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın infrastrukturunun iqlimə davamlılığının artırılmasına yönələn layihələr hazırlayacaq. Bu …

KİV: Rusiyada bu il qarabaşaq məhsulu 35% azala bilər

Əlverişsiz hava şəraiti və iqtisadi çətinliklər səbəbindən Rusiyada 2025-ci ilin sonuna qədər qarabaşaq məhsulu 35% …

Keyt Kelloq Ukraynaya səfər edəcək

ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq avqustun 23-də Ukraynaya səfər edəcək. “SEN.az”un xəbərinə görə, bu …

İtaliyanın keçmiş baş naziri Avropanın geosiyasi təsirinin azaldığını bildirib

Bakı. Trend: İtaliyanın keçmiş baş naziri və Avropa Mərkəzi Bankının (AMB) keçmiş rəhbəri Mario Draqi …