Çərşənbə , Sentyabr 17 2025

Pavel Felgenhauer: “Qazaxlar və qırğızlar heç vaxt İrəvan üçün Bakıya qarşı vuruşmayacaqlar”

“KTMT-yə üzv dövlətlərin Ukraynadakı müharibəyə Rusiyanın tərəfində müdaxilə edə bilmək imkanı var, baxmayaraq ki, mən belə bir şeyin mümkünlüyünü görmürəm”.

Bu barədə tanınmış rusiyalı hərbi ekspert Pavel Felgenhauer Sen.Az-a şərhində deyib.

O qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının özü yox, KTMT ölkələri istəsələr, müharibəyə müdaxilə edə bilərlər.

“Belə ki, Belarus öz ərazisindən istifadəni təmin edərək artıq de-fakto iştirak edir. Amma deyək ki, Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etmək Ermənistanın qətiyyən vecinə deyil. Elə KTMT-yə üzv olan Mərkəzi Asiya ölkələrinin də qoşulmağının mənası yoxdur. Amma bir təşkilat olaraq – hamısı birlikdə – iştirak ümumiyyətlə qeyri-realdır. KTMT, demək olar ki, heç vaxt birgə fəaliyyət göstərmir. Bu, Rusiyanın bəzi ölkələrlə, keçmiş sovet respublikaları ilə ittifaqıdır.

Rusiya Federasiyası KTMT-nin istənilən tədbirində, o cümlədən təlimlərdə mütləq iştirak edir. Digərləri isə qoşula və ya qoşulmaya bilərlər. Bu, ABŞ-nin Şimali Atlantika alyansındakı dominantlığına (necə ki Rusiya KTMT-də dominantdır) baxmayaraq, NATO-nun necə fəaliyyət göstərdiyinə o qədər də oxşamır. Amma deyin görüm, Tacikistan və Belarusun ümumi maraqları nədən ibarətdir? Qırğızıstan və Qazaxıstan Ermənistan üçün Azərbaycana qarşı müharibəyə gedəcəklərmi? Yoxsa qırğızlar taciklərlə üz-üzə gəlsələr, bunun Ermənistanla nə əlaqəsi var? KTMT dövlətlərini hətta ümumi rəqib də birləşdirmir. Bunlar sadəcə olaraq Rusiyanın müxtəlif tərəfdən müttəfiqləridir. Deməli, KTMT özünəməxsus bir ittifaqdır.

Ukrayna mövzusuna qayıdaraq onu deyim ki, bəli, Belarus Rusiya Federasiyasına öz ərazisini verir, silahlı qüvvələrini yox. Rusiya heç onlardan istifadə etməyəcək, çünki Belarus ordusu çox kiçikdir.

Nair Əliyev

www.SEN.az

About FERZELIYEV

Check Also

Tramp daha iki şəhərə Milli Qvardiyanın əsgərlərini göndərə bilər

ABŞ prezidenti Donald Tramp cinayətkarlıqla mübarizə üçün Çikaqo və Nyu-York şəhərlərinə də Milli Qvardiyanının əsgərlərini …

AİB Azərbaycanın infrastrukturunun iqlimə davamlılığını artırmaq üçün layihələr hazırlayacaq

Bakı. Trend: Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın infrastrukturunun iqlimə davamlılığının artırılmasına yönələn layihələr hazırlayacaq. Bu …

KİV: Rusiyada bu il qarabaşaq məhsulu 35% azala bilər

Əlverişsiz hava şəraiti və iqtisadi çətinliklər səbəbindən Rusiyada 2025-ci ilin sonuna qədər qarabaşaq məhsulu 35% …

Keyt Kelloq Ukraynaya səfər edəcək

ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq avqustun 23-də Ukraynaya səfər edəcək. “SEN.az”un xəbərinə görə, bu …

İtaliyanın keçmiş baş naziri Avropanın geosiyasi təsirinin azaldığını bildirib

Bakı. Trend: İtaliyanın keçmiş baş naziri və Avropa Mərkəzi Bankının (AMB) keçmiş rəhbəri Mario Draqi …