Cümə axşamı , Sentyabr 18 2025

Masazır qəsəbəsinin sakinləri küçələrdəki şəraitsizlikdən əziyyət çəkirlər – FOTO

Masazır qəsəbəsinin sakinləri küçələrdəki şəraitsizlikdən əziyyət çəkirlər.

Bu məsələ ilə bağlı Sen.Az-a qəsəbə sakini Reyhanə İsmayılova tərəfindən şikayət daxil olub.

R.İsmayılovanın sözlərinə görə, Masazır qəsəbəsinin Xurşidbanu Natəvan, Rafiq Dünyamalıyev və Məmməd Araz küçələrinin asfalt örtüyü yoxdur:

“Payız və qış fəsillərində yollarda gediş-gəliş çətinləşir, dayanacağa çatana qədər uşaqlar palçıq içində olurlar, əyinlərindəki paltarlar batır”.

Qəsəbə sakini elektrik dirəklərinin də bərbad vəziyyətdə olduğunu qeyd edib:

“Naqillər sınıq taxta dirəklərin üzərindədir, hətta bəzi naqillər yerə dəyir. Bu isə insan həyatı üçün böyük təhlükədir. Körpə uşaqlar küçədə oynadıqları zaman naqillərin ətrafından keçirlər və istəmədən toxunurlar. Bununla yanaşı, məhəllələrdə küçələrin gecə işıqlandırılması da yoxdur”.

Reyhan İsmayılova kanalizasiya xətlərinin bərbad vəziyyətdə olduğunu deyib:

“Yağış yağan kimi hər yer su və palçıq içərisində qalır. Zibil qutuları isə köhnə və istifadəyə yararsızdır.

300-dən çox ailənin yaşadığı bu üç küçənin ərazisində cəmisi bir tərəfdə üç, digər tərəfdə dörd zibil qabı var. Onlar da çox gec boşaldılır, hətta bayram başlayandan heç boşaldılmayıb, yanından keçmək mümkün deyil. Yeni, standartlara uyğun, qapağı olan zibil qabları qoymaları daha məqsədəuyğun olardı”.

Şikayətçi dəfələrlə aidiyyəti qurumlara müraciət etdiyini əlavə edib:

“Biz dəfələrlə bu məsələlərlə bağlı bələdiyyə, icra hakimiyyəti və s. aidiyyəti orqanlara müraciət etmişik. Lakin ya müraciətlərimiz cavablandırılmayıb, ya da “həll edirik” deyilib, nəticə isə yoxdur”.

Nəzrin Vahid

www.SEN.az

About FERZELIYEV

Check Also

Tramp daha iki şəhərə Milli Qvardiyanın əsgərlərini göndərə bilər

ABŞ prezidenti Donald Tramp cinayətkarlıqla mübarizə üçün Çikaqo və Nyu-York şəhərlərinə də Milli Qvardiyanının əsgərlərini …

AİB Azərbaycanın infrastrukturunun iqlimə davamlılığını artırmaq üçün layihələr hazırlayacaq

Bakı. Trend: Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın infrastrukturunun iqlimə davamlılığının artırılmasına yönələn layihələr hazırlayacaq. Bu …

KİV: Rusiyada bu il qarabaşaq məhsulu 35% azala bilər

Əlverişsiz hava şəraiti və iqtisadi çətinliklər səbəbindən Rusiyada 2025-ci ilin sonuna qədər qarabaşaq məhsulu 35% …

Keyt Kelloq Ukraynaya səfər edəcək

ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq avqustun 23-də Ukraynaya səfər edəcək. “SEN.az”un xəbərinə görə, bu …

İtaliyanın keçmiş baş naziri Avropanın geosiyasi təsirinin azaldığını bildirib

Bakı. Trend: İtaliyanın keçmiş baş naziri və Avropa Mərkəzi Bankının (AMB) keçmiş rəhbəri Mario Draqi …