Çərşənbə axşamı , Sentyabr 16 2025

Bakının altı qəsəbəsində əməliyyatlar: 47 nəfər saxlanılıb – FOTO/VİDEO

Sabunçu rayonunda son 10 gündə Pirşağı, Kürdəxanı, Bakıxanov, Balaxanı, Maştağa və Ramana qəsəbələrində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 47 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 5 kiloqramdan artıq müxtəlif növ narkotik maddə aşkar edilib. Onlar əldə etdikləri narkotiklərin qeyd edilən qəsəbələrdə satışını təşkil ediblər. 

Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

www.SEN.az

About FERZELIYEV

Check Also

Tramp daha iki şəhərə Milli Qvardiyanın əsgərlərini göndərə bilər

ABŞ prezidenti Donald Tramp cinayətkarlıqla mübarizə üçün Çikaqo və Nyu-York şəhərlərinə də Milli Qvardiyanının əsgərlərini …

AİB Azərbaycanın infrastrukturunun iqlimə davamlılığını artırmaq üçün layihələr hazırlayacaq

Bakı. Trend: Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın infrastrukturunun iqlimə davamlılığının artırılmasına yönələn layihələr hazırlayacaq. Bu …

KİV: Rusiyada bu il qarabaşaq məhsulu 35% azala bilər

Əlverişsiz hava şəraiti və iqtisadi çətinliklər səbəbindən Rusiyada 2025-ci ilin sonuna qədər qarabaşaq məhsulu 35% …

Keyt Kelloq Ukraynaya səfər edəcək

ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq avqustun 23-də Ukraynaya səfər edəcək. “SEN.az”un xəbərinə görə, bu …

İtaliyanın keçmiş baş naziri Avropanın geosiyasi təsirinin azaldığını bildirib

Bakı. Trend: İtaliyanın keçmiş baş naziri və Avropa Mərkəzi Bankının (AMB) keçmiş rəhbəri Mario Draqi …