Cümə axşamı , Sentyabr 18 2025

Azərbaycanda muzdla çalışan işçilərlə bağlı AÇIQLAMA

2022-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin daha çox hansı sahələrdə işlədiyi açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, muzdla işləyənlərin 19,1 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6 faizi tikinti, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,9 faizi maliyyə və sığorta fəaliyyəti, 14,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Ümumilikdə 2022-ci il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 min nəfər və ya 1,7 faiz artaraq 1719,1 min nəfər olmuş, onlardan 897,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 821,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

www.SEN.az

About FERZELIYEV

Check Also

Tramp daha iki şəhərə Milli Qvardiyanın əsgərlərini göndərə bilər

ABŞ prezidenti Donald Tramp cinayətkarlıqla mübarizə üçün Çikaqo və Nyu-York şəhərlərinə də Milli Qvardiyanının əsgərlərini …

AİB Azərbaycanın infrastrukturunun iqlimə davamlılığını artırmaq üçün layihələr hazırlayacaq

Bakı. Trend: Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın infrastrukturunun iqlimə davamlılığının artırılmasına yönələn layihələr hazırlayacaq. Bu …

KİV: Rusiyada bu il qarabaşaq məhsulu 35% azala bilər

Əlverişsiz hava şəraiti və iqtisadi çətinliklər səbəbindən Rusiyada 2025-ci ilin sonuna qədər qarabaşaq məhsulu 35% …

Keyt Kelloq Ukraynaya səfər edəcək

ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq avqustun 23-də Ukraynaya səfər edəcək. “SEN.az”un xəbərinə görə, bu …

İtaliyanın keçmiş baş naziri Avropanın geosiyasi təsirinin azaldığını bildirib

Bakı. Trend: İtaliyanın keçmiş baş naziri və Avropa Mərkəzi Bankının (AMB) keçmiş rəhbəri Mario Draqi …