Print

google dan bir yenilik daha

 

Google korporasiyasının işçilərinin orta illik əmək haqları 160 min funt sterlinq (230 min dollardan çox) təşkil edir. Trend xəbər verir ki, bu barədə "Daily mail" qəzeti korporasiyanın Britaniyadaki bölməsinin xərclər smetasına istinadən bildirir.

Son vaxtlar Google işçilərinin sayını artırır. Belə ki, 18 ay ərzində 500 yeni əməkdaş işə qəbul olunub.

Bu müddət ərzində, korporasiyanın xərcləri, əsasən, Avropada və İrlandiyadakı bölmələrin marketinq xidmətlərinin maliyyələşdirilməsinə sərf olunub.

ABŞ-ın Google korporasiyasının əməkdaşlarının əmək haqları dünya üzrə ən yüksək maaşlardan sayılır.