Reklam  

   

Sayhac  


Yandex.Metrica
   


photo 59119

 Ağdamda dəm qazı yenə can alıb. Ağdamın Mahrızlı kəndində 15 yaşlı məktəbli qız vanna otağında dəm qazından boğularaq ölüb.

SEN.AZ bildirir ki, ATV-nin Qarabağ bürosunun əldə etdiyi məlumata görə, Mirzəzadə Məlahət Bəxtiyar qızının vanna otağından çıxmadığını görən valideynləri qapını qıraraq içəri giriblər. Məktəbli qız huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə gələn təcili yardım əməkdaşları onun dəm qazından zəhərləndiyini müəyyən edib.

Qeyd edək ki, Məlahət Mirzəzadə Ağdam rayon Zəngişalı kənd orta məktəbinin X sinif şagirdi idi.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.



20160206122017 32761 6
   

BAGIS  

   

Reklam  

   

Xəbər Lenti  

   

Biz Facede  

facebook likebox joomla module
   
© ALLROUNDER