Şənbə , Avqust 13 2022

Xarkovun meri: “150 min insan evsiz qalıb, bütöv mikrorayonlar yer üzündən silinib”

Rusiyanın genişmiqyaslı hərbi əməliyyatları nəticəsində Xarkovda 150 min insan evsiz qalıb.

Bu barədə Strasburqda Şəhərlər Assosiasiyasının Baş Assambleyasının iclasında Xarkov şəhərinin meri İqor Terexov məlumat verib.

İ.Terexov bildirib ki, müharibə başlayandan indiyədək Xarkov şəhərində 3,5 min ev dağıdılıb, onlardan 500-ü çoxmərtəbəli binadır və bərpası mümkün deyil.

“Düşmən hər gün infrastruktur obyektlərini, yaşayış binalarını yerlə-yeksan edir, bütöv mikrorayonları məhv edir. Axı bütün bunların arxasında insanların həyatı və taleyi dayanır”, – deyə Xarkov şəhərinin meri vurğulayıb.

İ.Terexov çıxışında bildirib ki, artıq britaniyalı memar Norman Fosterin rəhbərliyi ilə Xarkov şəhərinin yeni baş planının hazırlanmasına başlanılıb.

Mənbə: Gordonua

www.SEN.az

About FERZELIYEV

Check Also

Rusiyada hər kəsin gözü qarşısında beşmərtəbəli yaşayış binasının bir tərəfi uçdu – VİDEO

Rusiyanın Omsk şəhərində beşmərtəbəli yaşayış binasının bir hissəsi uçub. Qeyri-rəsmi məlumatlara görə, qurbanlar var, dağıntılar …

Rusiyada üç aylıq körpəsini yerə çırpan gənc ana həbs edildi

Rusiyanın Omsk vilayətinin Qorki rayonundakı evdə avqustun 10-da hüquq-mühafizə orqanlarının əməkdaşları üç aylıq uşaq meyiti tapıblar. …

Türkiyədə uşaqların oynadıqları dar küçədə şütüyən avtomobil – ANBAAN VİDEO

Türkiyənin Tekirdağ şəhərində uşaqların oynadığı dar küçədən avtomobilin sürətlə keçməsi ərazidə olan təhlükəsizlik kameralarına əks …

Nigeriyada ritual üçün uşağın başını kəsən keşiş ölüm cəzasına məhkum edildi – FOTO

Nigeriyada keşiş və onun ortağı yeddi yaşlı uşağı öldürməkdə təqsirli bilinirlər. Onların bu cinayəti ayin …

Hollivud aktrisası vəfat edib

Amerikalı aktrisa Enn Heç 53 yaşında vəfat edib. O, avqustun 5-də Los-Ancelesdə qəza keçirmişdi.   Bu …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.