Bazar , İyul 3 2022

Vaşinqtonda ANAMA-ya dəstək məqsədilə xeyriyyə konserti keçiriləcək – FOTO

Mayın 3-də ABŞ-ın Vaşinqton şəhərində “The Voice of Orchid” (“Səhləbin səsi”) xeyriyyə konserti keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə Kennedi Mərkəzində baş tutacaq xeyriyyə tədbirində klassik və müasir Azərbaycan musiqisinin məşhur nümunələri səsləndiriləcək. Əsərləri Fuad İbrahimovun dirijorluq etdiyi Bakı Kamera Orkestri, tanınmış və gənc sənətkarlar Nəzakət Teymurova, Tünzalə Ağayeva, Abbas Bağırov, Cəlal Kərimov, Orxan Cəlilov, Ənvər Sadıqov, Arslan Növrəsli, Mərziyyə Hüseynova və Nəzrin Aslanlı ifa edəcəklər.

Təşkilatçılar bildiriblər ki, xeyriyyə tədbiri Marşal İrs İnstitutunun (MLI) Azərbaycandakı humanitar səylərinə dəstək məqsədilə gerçəkləşdirilir. Tədbirdən toplanacaq vəsait MLI-ın minaları təmizləmək və insanların həyatını xilas etmək üçün Azərbaycana göndərəcəyi əlavə minaaxtaran itlərin maliyyələşdirilməsinə sərf olunacaq.

Qeyd edək ki, 2005-ci ildən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) ilə əməkdaşlıq edən MLI indiyədək ölkəmizə 40 xilasedici minaaxtaran it bağışlayıb. Bu addım təxminən 30 milyon kvadratmetr ərazinin təmizlənərək təhlükəsiz istifadə üçün əhaliyə qaytarılmasına kömək edib.

www.SEN.az

About FERZELIYEV

Check Also

Azərbaycan postmünaqişə dövründə: Beynəlxalq güclərin sülh gündəliyindəki rolu – ŞƏRH

Bakıda 37 yaşlı qadın tanışı tərəfindən bıçaqlanıb

İyulun 3-ü saat 18 radələrində 1985-ci il təvəllüdlü Aynurə Əliyarovanın paytaxtın Suraxanı rayonu ərazisində yaşadığı …

Ukrayna ilə sərhəddə yerləşən Rusiya vilayətində partlayış: Ölən və yaralananlar var

Belqorodda (Rusiya) fövqəladə hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Bu barədə Belqorod vilayətinin …

Sumqayıtda parkda gecələyən ana və dörd övladından xəbərimiz var – Xəbərlərin 20:00 buraxılışı

Nə üçün kimsə danışmır?