Sabirabad rayonunda intihar hadisəsi baş verib.
Sen.Az-ın məlumatına görə, hadisə rayonun Cavad kəndində baş verib.
Belə ki, 1986-cı il təvəllüdlü Maşallah Manafov özünü asaraq intihar edib.
Bildirilib ki, Vətən müharibəsi iştirakçısı olan M.Manafov Sabirabad Rayon İcra Hakimiyyətinin binasından çıxdıqdan sonra intihar edib.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət
www.SEN.az
www.SEN.az Sənin Əyləncən Sənin Dünyan