Çərşənbə , İyul 6 2022

UNESCO rəsmisi: “Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndiririk”

“Azərbaycan UNESCO-nın çoxsaylı layihələrində iştirak edir və onların reallaşmasına öz töhfəsini verir“.

Bunu “SEN.az”un Fransa bürosuna UNESCO Baş direktorunun Afrika prioriteti və xarici əlaqələr üzrə müavini Firmin Eduard Matoko bildirib.

UNESCO rəsmisi Azərbaycanın bu qurumla əməkdaşlığını yüksək qiymətləndirdiyini deyib: “Azərbaycan mədəni irsin qorunması, sülh mədəniyyəti, multikulturalizm kimi məsələlərə xüsusi qayğı ilə yanaşır“.

O, Azərbaycanın quruma üzv ölkələrlə həyata keçirdiyi layihələrdən də danışıb: “Azərbaycan UNESCO ilə yanaşı, qurumun üzv ölkələri ilə əməkdaşlığını gücləndirirməkdə davam edir. Buna bariz nümunə Azərbaycanın Afrika ölkələri ilə sülh mədəniyyəti sahəsindəki sıx əməkdaşlığını göstərmək olar”.

Firmin Eduard Matoko Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyinə də toxunub, ölkənin bu sahədəki fəaliyyətini də yüksək qiymətləndirdiyini bildirib.

www.SEN.az

About FERZELIYEV

Check Also

Pakistanda daşqınlar 25 nəfərin həyatına son qoyub – VİDEO

Pakistanın qərbində yerləşən Bəlucistan əyalətində leysan yağışlar daşqınlarla nəticələnib. İlkin məlumata görə, təbii fəlakət azı …

Dörd nəfərdən hədə-qorxu ilə pul tələb edən baş redaktor saxlanılıb

Göygöl rayonunda sayt rəhbərinin heç bir səbəb göstərilmədən saxlanıldığı iddia edilib.  Qeyd olunub ki, “Demokratik.az” saytının …

Müştəri məmnuniyyətinin idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Yevlaxda gənc oğlan yoxa çıxdı

“Məhkəmələr ittihamın sübutlarını əsas götürür, bizim vəsatətlərimiz isə təmin olunmur” – Vəkildən şikayət