Çərşənbə axşamı , Noyabr 22 2022

Ukraynada həbsdə saxlanılan azərbaycanlı qazinin vəkili DANIŞDI

“Həbs qətimkan tədbirinin uzadılmasına verilən şikayət qismən təmin olunub. Misir Qasımlı və Sübhan Quliyevin həbisnin qanunsuz olduğu aşkarlanıb”.

Ukraynada həbsdə saxlanılan azərbaycanlı qazi, Vətən müharibəsinin iştirakçısı, Misir Qasımlının vəkili Aygül Rəfiyeva Sen.Az açıqlamasında deyib.

Onun sözlərinə görə, hakimin qanun pozuntusuna yol verdiyi bildirilib:

“Həbs qətimkan tədbirinin uzadılması məsələsinə baxılıb. Apelyasiya məhkəməsinə baxış olub. Həmin hakim məsələni uzatdı. Qanuni çərçivələrdən kənara çıxdı. O məzuniyyətə çıxdığı üçün başqa hakim gəlib. Yeni hakim qanun pozuntularının olduğunu söyləyib”.

A.Rəfiyeva qeyd edib ki, ətimkan tədbirinin uzadılması 2-3 ay qüvvədə qaldığı üçün Sübhan və Misir hələ də həbsdədir:

“Qərar qəbul edib, şikayətimizi qismən təmin etdi ki, həqiqətən də Misir və Sübhan həbsdə qalması qanunsuzdur. Hakim qanun pozuntularına yol verib. Məhkəmədə nə tərcüməçi, nə də vəkil iştirak edib. Qanunsuz hesab ediliblər.

Uzadılma 2-3 ay qüvvədə qaldığı üçün həbsdən azad olunma digər məhkəmələrdə olacaq. Oktyabrın 3-də məhkəmə keçiriləcək. Bununla bağlı ayrıca müraciət olunub. Yəqin ki, nəticəsi olacaq”.

Nəzrin Vahid

www.SEN.az

About FERZELIYEV

Check Also

“Corab özü kiçik olsa da, sənayedə payı böyükdür” – MÜSAHİBƏ + FOTO

“Biznesi hədəflərinə çatdırmaq o qədər də asan deyil. Sahibkarın əsas ehtiyacı, təbii ki, maliyyə resursudur …

İndoneziyada zəlzələ qurbanlarının sayı kəskin artdı

İndoneziyada baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 268 nəfər olub. Bu barədə …

İTV kabel telekanallarında dünya çempionatının yayımının dayandırılmasına aydınlıq gətirib

Lerikdə 9 gün əvvəl qəzaya düşən şəxs öldü – FOTO

Azərbaycanda daha 58 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib – FOTO