Pazar , Kasım 29 2020

Soydaşlarımızdan erməni terroruna qarşı etiraz aksiyası

Şotlandiyanın Edinburq şəhərində yaşayan bir qrup soydaşımız Gəncə terrorunu pisləyən icazəli etiraz aksiyası keçirib.

Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Edinburq şəhərində yerləşən Skott abidəsinin önündə toplaşan aksiya iştirakçıları Ermənistanın işğalçı siyasətini və Ermənistan silahlı qüvvəllərinin Gəncə şəhərində, eləcə də, digər şəhər və rayonlarda mülki əhaliyə qarşı törətdiyi terroru pisləyiblər.

Əllərində Azərbaycan və Şotlandiya bayraqlarını tutan diaspor fəalları “Ədalət yoxdursa, sülh də yoxdur”, “Qarabağ Azərbaycandır!”, “Uşaq ölümünə son qoyun!”, “Mülki insanlar toxunulmazdır”, “Erməni terroruna son qoyun”, “İşğalçı dövləti dəstəkləməyin” və b. kimi müxtəlif şüarların yazıldığı plakatlarla şəhər sakinlərinin diqqətini Ermənistanın törətdiyi vandalizm aktlarına çəkməyə çalışıblar.

About www. SEN.az

Check Also

Ermənilər Qarabağa 150 il əvvəl gəldiklərini BELƏ ETİRAF ETDİLƏR – FOTO

Məlum olduğu kimi, 1828-ci ilin 10 fevral tarixində imzalanan “Türkmənçay müqaviləsi”nin 15-ci maddəsində ermənilərin indiki …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir