Çərşənbə , İyul 6 2022

Şeyxülislam Şuşada keçiriləcək toplantının anonsunu verdi

Şuşada türkdilli dövlətlərin dini liderlərinin toplantısı keçiriləcək.

“SEN.az” xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

Sədrin sözlərinə görə, tədbirin bu ilin sentyabr ayının sonu – oktyabr ayının əvvəlində keçirilməsi planlaşdırılır.

O qeyd edib ki, tədbirdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə və Azərbaycan dini liderlərinin iştirakı nəzərdə tutulub:

“Ümid edirəm ki, gələcəkdə bu kimi konfrans və görüşləri azad olunan ərazilərdə keçirmək mümkün olacaq. Bununla da Azərbaycan həqiqətlərini, azad olunan ərazilərdəki erməni vandalizmini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra biləcəyik”.

www.SEN.az

About FERZELIYEV

Check Also

Müştəri məmnuniyyətinin idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Yevlaxda gənc oğlan yoxa çıxdı

“Məhkəmələr ittihamın sübutlarını əsas götürür, bizim vəsatətlərimiz isə təmin olunmur” – Vəkildən şikayət

Türk lirəsi dollar qarşısında yenidən ucuzlaşdı

Dolların məzənnəsi türk lirəsi qarşısında yenidən artıb. Bir dollar bu gün 17,0369 türk lirəsinə satılıb, …

Bakıda evdən çürümüş meyit tapıldı