Çərşənbə axşamı , Fevral 7 2023

Sabirabadda zəncirvari qəza baş verib, xəsarət alanlar var

Sabirabad şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol qəzası baş verib.

“SEN.az”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Muğan prospektində qeydə alınıb.

Belə ki, “QAZ-3110”, “İsuzu” və “Mercedes-Benz” markalı avtomobillərin iştirakı ilə zəncirvarı qəza olub.

Hadisə nəticəsində rayonun Qalağayın kənd sakinləri, 1989-cu il təvəllüdlü Allahverdiyev Cavid Cabir oğlu, 2000-ci il təvəllüdlü Əliyev İsmayıl Teymur oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Mirsahib Mirnəsihət oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.SEN.az

About FERZELIYEV

Check Also

Dövlət başçısı Vyetnamın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə …

Prezident Namibiyanın ölkəmizdə yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Namibiya Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və …

Qurban Yetirmişli: “Zəlzələ olmayacaq” deyəndə yaxın günləri nəzərdə tutmuşam, yəni üç gün…”

İlham Əliyev Konqonun Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Konqo Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və …

Türkiyənin Baş konsulluğu Naxçıvan sakinlərinə müraciət etdi