Pazar , Kasım 29 2020

Sənət adamlarından Gəncədəki erməni vəhşiliyinə etiraz – VİDEO

Ön cəbhədə Azərbaycan ordusuna məğlub olan düşmən, arxa cəbhədə dinc sakinləri öldürərək qalib gəlməyə çalılşır. Həmişə olduğu kimi, özünə yaraşan şəkildə, namərdcə!

Körpəsi, qadını, yaşlısı-dünən gecə bütün Gəncə daha bir erməni vəhşiliyinin əyani şahidi oldu. Bu şəhərdə doğulub-başa çatan, bu gün doğmaları, əzizləri orda yaşayan sənətçilər də bu barbarlığa səssiz qalmadı. Elə Gəncədə 82 yaşlı anası yaşayan əməkdar artist Aybəniz Haşımova kimi…

“82 yaşlı ahılı, qayğıya ehtiyacı olan bir qadını qorxmursa, kimin qorxmağından söhbət gedə bilər” deyir Aybəniz xanım.

Erməni vandalları düşünür ki, cəbhədə igid əsgəri qorxmayan xalqın, bəlkə dinc sakinləri qora. Düşmən unudur ki, o igidləri elə belə analar yetişdirib. Erməninin xisləti isə həmişə hiyləgərlik, qorxaqlıq, oğurluq olub. Əks halda niyə döyüş meydanını qoyub, dinc əhaliyə hücum etsin…

Sənətçi deyir ki, bunlar Azərbaycan xalqını əzmini qıra bilməz. Ziyalısı, varlısı, kasıbı, qocası, cavanı ilə bu millət düşmənin başını əzmək üçün yumruq kimi birləşib.

Biz qədim Gəncənin daha bir yetirməsi, Azərbaycanın Əməkdar artisti Abbas Bağırovla əlaqə saxlayanda, o elə doğma torpağına baş çəkməkdən qayıdırdı.

”Haqq nazilər, ancaq üzülməz” deyib atalarımız. Azərbaycan Ordusu və xalqı da bu haqq savaşından alnı açıq və qalib ayrılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

About FERZELIYEV

Check Also

Ermənilər Qarabağa 150 il əvvəl gəldiklərini BELƏ ETİRAF ETDİLƏR – FOTO

Məlum olduğu kimi, 1828-ci ilin 10 fevral tarixində imzalanan “Türkmənçay müqaviləsi”nin 15-ci maddəsində ermənilərin indiki …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir