Cümə axşamı , May 26 2022

Rusiya ordusu doqquzuncu dəfə çayı keçə bilmədi: 73 texnikası məhv oldu – FOTO

Rusiya ordusunun Ukraynadakı Severski Donets çayını keçmək üçün doqquzuncu cəhdi də uğursuzluğa düçar olub.

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin 80-ci desant-hücum briqadası məlumat yayıb.

Məlumata görə, ukraynalı hərbçilər çayı keçmək üçün hazırlanmış üzən körpüləri dağıdaraq 70-dən çox Rusiya texnikasını, o cümlədən T-72 tanklarını və

piyada döyüş maşınlarını məhv ediblər.

İtkilərə baxmayaraq, Rusiya qoşunlarının bir hissəsi qarşı tərəfə keçə bilib. Lakin 80-ci briqadanın hücum bölmələri onların öz mövqelərində möhkəmlənməsinə mane olub.

Məlumata görə, hazırda Rusiya motoatıcı briqadasından yalnız suda batmış texnika və hərbçilərin səpələnmiş cəsədləri qalıb.

Mənbə: rbc.ua

www.SEN.az

About FERZELIYEV

Check Also

Rusiyalı oliqarxların Aİ tərəfindən dondurulan aktivlərinin dəyəri artıq 10 milyard avroya yaxındır

İlkin hesablamalara görə, Ukraynaya qarşı müharibəyə görə sanksiyalar çərçivəsində Aİ-də dondurulan rusiyalı oliqarxların aktivlərinin dəyəri …

Əfqanıstanda silsilə terror aktları: Azı 14 ölü, 37 yaralı var – VİDEO

Əfqanıstan paytaxtındakı məscidlərin birində terror aktı həyata keçirilib. Təcili Tibbi Yardım Xəstəxanasından verilən açıqlamaya görə, …

Balıqçıların toruna nəhəng balina köpəkbalığı düşdü – FOTO

İndoneziya Qərbi Sumatra bölgəsində balıqçıların toruna nəhəng balina köpəkbalığı düşüb. Sahilə çıxan balina köpəkbalığının uzunluğu …

İranın on vilayətində məktəblər bağlandı: İnsanlara xəbərdarlıq edildi

İranın on vilayətini toz fırtınası bürüyüb. Bu barədə İranın Milli Hava Proqnozları və Böhran Vəziyyətlərinin …

Türkiyədə dəhşət: Arvadını bıçaqladı, uşaqlarını və özünü eyvandan atdı

Türkiyənin Aksaray şəhərində faciə baş verib. Belə ki, Əfqanıstandan olan 35 yaşlı Məhəmməd Hüseyn Sultani …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.