Çərşənbə axşamı , Avqust 16 2022

Qurban bayramı ilə bağlı fətva verildi

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib.

Sen.Az-ın məlumatına görə, fətvada deyilir:

“Qarşıdan İslam aləmi və xalqımızın müqəddəs günlərindən biri Qurban bayramı gəlir. Bildiririk ki, Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulub. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət əməl, Qurban ətini fəqir və kasıb ailələrə paylamaq – böyük savab sayılır. 

Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır. 

Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. 

Qurbаn bаyrаmı Miladi təqvimlə 9 iyul tarixinə təsadüf edəcək. Şəriətə uyğun olaraq Qurban kəsimi 9 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər. İyul ayının 9-da məscidlərimizdə birgə Bayram namazları qılınacaq”.

www.SEN.az

About FERZELIYEV

Check Also

Bu gün ali məktəblərə ixtisas seçimi başlayır

Kafedə Ukrayna mahnısı səsləndirən dicey on sutkalıq həbs edildi

Krım məhkəməsi kafedə Ukrayna mahnısı səsləndirən diceyin on sutkalıq həbs edilməsi barədə qərar qəbul edib. …

“Pfizer”in rəhbəri dörd peyvənddən sonra koronavirusa yoluxdu

ABŞ-ın “Pfizer” əczaçılıq korporasiyasının baş icraçı direktoru, dörd dəfə koronavirusa qarşı peyvənd olunan Albert Burla …

Conni Depp 25 ildən sonra rejissorluğa qayıdacaq

Conni Depp 25 ildən sonra rejissorluğa qayıdacaq. Aktyor italyan rəssam Amedeo Modilyani haqqında film çəkəcək. …

“Koronavirussuz cənnət”də yoluxma sayı iki dəfə artdı

Marşal adalarında koronavirusun yayılması səhiyyə böhranına səbəb olub. Dünya mətbuatında “koronavirussuz cənnət” adlandırılan ölkədə avqustun …