Çərşənbə axşamı , Avqust 16 2022

Qazaxıstanlı ekspert: “Türk dövlətləri ortaq dəyərləri, dili, mədəniyyəti qoruyaraq saxlayıb”

“Uzun müddət ərzində SSRİ-nin tərkibində olmasına baxmayaraq, türk dövlətləri əlaqələri kəsməyib. Biz repressiyalara rəğmən ortaq dəyərlərimizi, dilimizi, mədəniyyətimizi qoruyub saxlamışıq”.

“SEN.az” xəbər verir ki, bunu Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutunun direktoru Talqat Kaliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin Şuşada keçirilən növbədənkənar toplantısında deyib.

O, türk dövlətləri arasında əməkdaşlığın vacibliyini vurğulayıb.

Ekspert sıx qarşılıqlı əlaqəni və mədəni mübadiləni genişləndirmək üçün türk ölkələrinin paytaxtları arasında uçuşların sayının artırılmasını, aviabiletlərin qiymətlərinin sərfəli olmasını təklif edib: “Bu, Türk Dövləti Təşkilatına üzv olan ölkələrin turizm potensialının inkişafı üçün yaxşı imkan yaradacaq”.

T.Kaliyev Zəngəzur dəhlizinin rolunu yüksək qiymətləndirərək əlavə edib ki, bu, Türk Dövləti Təşkilatına üzv olan ölkələr üçün yaxşı imkan yaradır və Avropa ölkələri üçün də yeni marşrutdur.

www.SEN.az

About FERZELIYEV

Check Also

Kafedə Ukrayna mahnısı səsləndirən dicey on sutkalıq həbs edildi

Krım məhkəməsi kafedə Ukrayna mahnısı səsləndirən diceyin on sutkalıq həbs edilməsi barədə qərar qəbul edib. …

“Pfizer”in rəhbəri dörd peyvənddən sonra koronavirusa yoluxdu

ABŞ-ın “Pfizer” əczaçılıq korporasiyasının baş icraçı direktoru, dörd dəfə koronavirusa qarşı peyvənd olunan Albert Burla …

Conni Depp 25 ildən sonra rejissorluğa qayıdacaq

Conni Depp 25 ildən sonra rejissorluğa qayıdacaq. Aktyor italyan rəssam Amedeo Modilyani haqqında film çəkəcək. …

“Koronavirussuz cənnət”də yoluxma sayı iki dəfə artdı

Marşal adalarında koronavirusun yayılması səhiyyə böhranına səbəb olub. Dünya mətbuatında “koronavirussuz cənnət” adlandırılan ölkədə avqustun …

Britaniya iki növ koronavirusa qarşı peyvəndi təsdiqləyən ilk ölkə oldu

Britaniya COVID-19-un həm orijinal ştammı, həm də “Omicron” variantına qarşı vaksini təsdiqləyən ilk ölkə oldu. …