Cümə axşamı , Noyabr 24 2022

Polşa öz vətəndaşlarına Rusiyanı tərk etməyi tövsiyə edib

Polşa Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Rusiya ərazisini tərk etməyi tövsiyə edib.

“Rusiya Federasiyasının ərazisində olan Polşa Respublikasının vətəndaşlarına kommersiya və şəxsi vasitələrlə onun ərazisini tərk etmələri tövsiyə olunur”, – deyə nazirlikdən bildirilib.

Həmçinin Polşa Xarici İşlər Nazirliyi Ukraynada baş verənlər və Rusiya hakimiyyəti tərəfindən Polşanın dost olmayan dövlət kimi tanınması ilə əlaqədar respublika vətəndaşlarına Rusiyaya səfərdən imtina etməyi tövsiyə edib.

Qeyd olunub ki, Polşanın Rusiyadakı diplomatlarının və konsulluq işçilərinin sayının azalması ilə əlaqədar Polşa vətəndaşlarına birbaşa konsulluq yardımının göstərilməsi imkanları son dərəcə məhduddur.

Həmçinin Polşa vətəndaşlarına xəbərdarlıq edilib ki, təhlükəsizliklə bağlı vəziyyətin kəskin pisləşməsi, sərhədlərin bağlanması və ya digər gözlənilməz vəziyyətlər zamanı evakuasiya xeyli çətinləşə və ya hətta qeyri-mümkün ola bilər.

Mənbə: vz.ru

www.SEN.az

About FERZELIYEV

Check Also

Bakıda qanunsuz tikintinin qarşısı alındı – FOTO/VİDEO

Taleh Kazımov: “Azərbaycan Mərkəzi Bankının yeni strategiyası hazırlanacaq” – FOTO

Əli Xameneinin qardaşı qızı həbs edildi – FOTO

İranın ali rəhbəri Əli Xameneinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani həbs edilib. “Azad İran” …

Azərbaycan və Kamboca parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb – FOTO

Azərbaycan və Kamboca parlamentləri arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə …

Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir – FOTO

Bu ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir. Bu …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir