Çərşənbə , Sentyabr 28 2022

“Pfizer”in rəhbəri dörd peyvənddən sonra koronavirusa yoluxdu

ABŞ-ın “Pfizer” əczaçılıq korporasiyasının baş icraçı direktoru, dörd dəfə koronavirusa qarşı peyvənd olunan Albert Burla COVID-ə yoluxub.

O, bu barədə bazar ertəsi “Twitter”də məlumat verib.

“Sizə məlumat vermək istərdim ki, koronavirus üçün testim müsbət çıxıb. Dörd doza “Pfizer-BioNTech” peyvəndi aldığıma görə minnətdaram, özümü yaxşı hiss edirəm, çox yüngül simptomlar var. Özümü təcrid edirəm və “Paxlovid” qəbul etməyə başlayıram”, – Burla yazıb.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden də eyni dərmanla müalicə olunub.

Cons Hopkins Universitetinin məlumatına görə, pandemiyanın başlanğıcından bəri ABŞ-da 92 milyondan çox koronavirus xəstəsi və bir milyondan çox ölüm halı qeydə alınıb.

Mənbə: TASS

www.SEN.az

About FERZELIYEV

Check Also

Ukraynada həbsdə saxlanılan azərbaycanlı qazinin vəkili DANIŞDI

Gənc oğlan Gəncənin mərkəzində ÖZÜNÜ DOĞRADI

İstanbulda “Aedes” həyəcanı: Əhali narahatdır – FOTO

Türkiyənin İstanbul şəhərində ağcaqanadların yeni zəhərli növü yayılıb. “Aedes” növündən ağcaqanadlar dişlədikdə böyük yaralar əmələ …

Türkiyənin dövlət bankları Rusiyanın “Mir” ödəniş sistemindən imtina edib

Türkiyədə üç dövlət bankı Rusiyanın “Mir” ödəniş sistemindən istifadəni dayandırıb. Rəsmi mənbələr hələlik bu məlumatı …

Rusiyalı oliqarxın müsadirə edilmiş yaxtası satılıb

Cəbəllütariq hakimiyyəti müsadirə edilmiş, rusiyalı iş adamı Dmitri Pumpyanskiyə məxsus olduğu iddia edilən “Axioma” yaxtasını …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.