Çərşənbə axşamı , Avqust 16 2022

Papa “xristianların cinayətləri”nə görə üzr istədi

Roma papası Fransisk katolik kilsənin qəddar münasibətinə və onların məcburi mədəni assimilyasiyasına görə yerli xalqlardan üzr istəyib.

İSLAM,AZ-ın xəbərinə görə, dünya katoliklərinin lideri Kanada üzrə 1 həftəlik turnedədir. Əsas məqsəd isə daha öncə onu Vatikanda ziyarət edən yerli xalqların nümayəndələrinə verdiyi vəddir: sözügedən görüşdə pontifik ilkin üzrxahlıq ifadə edərək cavab səfərində bunu bir daha təsdiqləyəcəyini demişdi.

Qeyd edək ki, 1881-1996-cı illər ərzində yerli xalqlardan 150 mindən çox uşaq ailələrindən məcburi ayrı salınaraq internat məktəblərə göndəriliblər. Onlardan bir çoxları fiziki və cinsi zorakılığa məruz qalıblar. Haqqın bərqərar edilməsi üzrə Kanada komissiyası sonradan bu baş verənləri “mədəni soyqırımı” adlandırıb.

The post Papa “xristianların cinayətləri”nə görə üzr istədi appeared first on islam.az.

About FERZELIYEV

Check Also

Kafedə Ukrayna mahnısı səsləndirən dicey on sutkalıq həbs edildi

Krım məhkəməsi kafedə Ukrayna mahnısı səsləndirən diceyin on sutkalıq həbs edilməsi barədə qərar qəbul edib. …

“Pfizer”in rəhbəri dörd peyvənddən sonra koronavirusa yoluxdu

ABŞ-ın “Pfizer” əczaçılıq korporasiyasının baş icraçı direktoru, dörd dəfə koronavirusa qarşı peyvənd olunan Albert Burla …

Conni Depp 25 ildən sonra rejissorluğa qayıdacaq

Conni Depp 25 ildən sonra rejissorluğa qayıdacaq. Aktyor italyan rəssam Amedeo Modilyani haqqında film çəkəcək. …

“Koronavirussuz cənnət”də yoluxma sayı iki dəfə artdı

Marşal adalarında koronavirusun yayılması səhiyyə böhranına səbəb olub. Dünya mətbuatında “koronavirussuz cənnət” adlandırılan ölkədə avqustun …

Britaniya iki növ koronavirusa qarşı peyvəndi təsdiqləyən ilk ölkə oldu

Britaniya COVID-19-un həm orijinal ştammı, həm də “Omicron” variantına qarşı vaksini təsdiqləyən ilk ölkə oldu. …