Şənbə , Avqust 13 2022

Müharibənin soydaşlarımıza təsiri – VİDEO

Dörd aya yaxındır Rusiyanın Ukraynada apardığı hərbi əməliyyat humanitar fəlakətlərlə yanaşı, qaçqın axınına da səbəb olub. Evlərindən didərgin düşənlər arasında Ukraynada yaşayan azərbaycanlılar da var. Onların böyük əksəriyyəti Avropaya axın etsə də, bir qismi Ukraynanın mərkəzi və ya qərb şəhərlərinə sığınıb. 

Döyüşlər gedən bölgələrdən köç edənlər əsasən Vinnitsa vilayətində, ya da ölkənin qərbində məskunlaşır. Vinnitsa vilayət administrasiyasının rəsmisi qaçqınların mövcud vəziyyəti ilə bağlı Baku TV-yə danışıb. 

Vilayət rəsmisi qeyd edib ki, Vinnitsa vilayəti ukraynalı məcburi köçkünlər üçün marşrutların kəsişdiyi əraziyə çevrilib. 

“Vilayətimizdə mühüm əhəmiyyət kəsb edən infrastruktur və ya hərbi obyektlər yoxdur. Sözsüz, bizim bölgə bütün insanları, həmçinin digər xalqların nümayəndələri olan Ukrayna vətəndaşlarını qəbul edib. Onların arasında azərbaycanlılar da var, hansılar ki, Ukraynada ən böyük diasporu olan xalqdır. Ukraynanın cənubunda, Xerson, Nikolayev, Zaporojye, Melitopol, Mariupolda, həmçinin Donbas və Xarkovda, yəni ölkənin hər yerində çox sayda azərbaycanlı yaşayıb, yaşayır və bundan sonra da yaşayacaq. Çünki azərbaycanlılar bizim üçün dost xalqdır və onlarla çox yaxşı münasibətlərimiz var”, – deyə o bildirib.

Qeyd edək ki, hazırda da döyüşlərin getdiyi Donbas əyaləti, Xarkov, Zaporojye və Nikolayev vilayətlərindən azərbaycanlılardan ölkə xaricinə köç edənlər var.

www.SEN.az

About FERZELIYEV

Check Also

Rusiyada hər kəsin gözü qarşısında beşmərtəbəli yaşayış binasının bir tərəfi uçdu – VİDEO

Rusiyanın Omsk şəhərində beşmərtəbəli yaşayış binasının bir hissəsi uçub. Qeyri-rəsmi məlumatlara görə, qurbanlar var, dağıntılar …

Rusiyada üç aylıq körpəsini yerə çırpan gənc ana həbs edildi

Rusiyanın Omsk vilayətinin Qorki rayonundakı evdə avqustun 10-da hüquq-mühafizə orqanlarının əməkdaşları üç aylıq uşaq meyiti tapıblar. …

Türkiyədə uşaqların oynadıqları dar küçədə şütüyən avtomobil – ANBAAN VİDEO

Türkiyənin Tekirdağ şəhərində uşaqların oynadığı dar küçədən avtomobilin sürətlə keçməsi ərazidə olan təhlükəsizlik kameralarına əks …

Nigeriyada ritual üçün uşağın başını kəsən keşiş ölüm cəzasına məhkum edildi – FOTO

Nigeriyada keşiş və onun ortağı yeddi yaşlı uşağı öldürməkdə təqsirli bilinirlər. Onların bu cinayəti ayin …

Hollivud aktrisası vəfat edib

Amerikalı aktrisa Enn Heç 53 yaşında vəfat edib. O, avqustun 5-də Los-Ancelesdə qəza keçirmişdi.   Bu …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.