Çərşənbə axşamı , Fevral 7 2023

Müdafiə Nazirliyi: “Ordumuzun dörd rayondakı mövqeləri atəşə tutulub”

Noyabrın 22-si saat 22:15-dən noyabrın 23-ü saat 01:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutublar.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan başqa noyabrın 22-si saat 15:48-dən 18:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri və Tərtər rayonu istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

www.SEN.az

About FERZELIYEV

Check Also

Xoy şəhərində zərərçəkmiş insanların sığındığı çadır yanaraq kül olub – FOTO

İranın zəlzələ baş vərən Xoy şəhərinin sakinləri ard-arda problemlərlə üzləşməyə davam edirlər. Şəhərin Bədəlan kəndinin …

Zəlzələ ilə bağlı göndərilən yardımdan niyə ƏDV tutulur? – AÇIQLAMA

Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədi ilə Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkədə yaradılmış …

Hataydan təsirli görüntülər: İki aylıq körpə 29 saat sonra dağıntılar altından sağ çıxarılır – VİDEO

Türkiyənin Hatay şəhərində iki aylıq körpə 29 saat sonra dağıntılar altından çıxarılıb. Bu barədə sosial …

Türkiyənin zəlzələ bölgəsindəki azərbaycanlıların təxliyəsi üçün avtobuslar ayrılıb

“İranda iqtisadi vəziyyət, sadəcə dəhşətlidir, qadınlar isə hicablarını çıxarmağa davam edirlər” – MÜSAHİBƏ

Ötən həftənin sonlarında İranın ali dini lideri Ayətullah Əli Xamenei iranlı qızların həyatlarında ilk dəfə …