Pazar , Kasım 29 2020

Millimiz Kiprlə matça qara sarğı ilə çıxacaq

Millimiz Avropa Millətlər Liqasının C liqasının Kiprlə oyununa qara sarğı ilə çıxacaq.

Bu barədə AFFA-dan məlumat verilib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən respublikamızın müxtəlif şəhərlərinin və digər yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dünyasını dəyişmiş mülki şəxslərin, dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan milli komandası UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 13-də Kipr millisinə qarşı keçirəcəyi oyuna qara sarğı ilə çıxacaq.

Qeyd edək ki, ermənilərin dinc əhalini atəşə tutması və mülki əhalinin ziyan görməsi səbibindən AFFA-nın təşəbbüsü və UEFA-nın qərarı ilə Bakıda keçirilməli olan Azərbaycan – Kipr matçı neytral meydanda – Albaniyada keçiriləcək.

About FERZELIYEV

Check Also

Ermənilər Qarabağa 150 il əvvəl gəldiklərini BELƏ ETİRAF ETDİLƏR – FOTO

Məlum olduğu kimi, 1828-ci ilin 10 fevral tarixində imzalanan “Türkmənçay müqaviləsi”nin 15-ci maddəsində ermənilərin indiki …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir