Şənbə , Avqust 13 2022

Metroda qatar niyə gecikib? – AÇIQLAMA

Metroda qatarın gecikməsi sıxlığa səbəb oldu.

Sen.Az-ın məlumatına görə, bu gün səhər saat 8 radələrində Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasında qatar 7 dəqiqə gecikib.

Gecikmə platformada sərnişin sıxlığına səbəb olub.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov Sen.Az-a açıqlamasında gecikməyə ehtiyat qatarın xətdə dövrə vurmasının səbəb olduğunu deyib:

“Qatarların hərəkətində, metro xətlərində hansısa problem yaşanmayıb. Qatarlarda nasazlıq baş verməyib. Son bir ay ərzində sərnişin sayı və buna uyğun sıxlığında artım müşahidə olunur. Hər gün monitorinqlər aparılır. Ehtiyat qatarların xəttə verilməsi monitorinqin və gündəlik sərnişin axınının xüsusiyyətlərinə uyğun olaraq, nəzarətdə saxlanılır və tənzimlənir”.

Könül Cəfərli

www.SEN.az

About FERZELIYEV

Check Also

Rusiyada hər kəsin gözü qarşısında beşmərtəbəli yaşayış binasının bir tərəfi uçdu – VİDEO

Rusiyanın Omsk şəhərində beşmərtəbəli yaşayış binasının bir hissəsi uçub. Qeyri-rəsmi məlumatlara görə, qurbanlar var, dağıntılar …

Rusiyada üç aylıq körpəsini yerə çırpan gənc ana həbs edildi

Rusiyanın Omsk vilayətinin Qorki rayonundakı evdə avqustun 10-da hüquq-mühafizə orqanlarının əməkdaşları üç aylıq uşaq meyiti tapıblar. …

Türkiyədə uşaqların oynadıqları dar küçədə şütüyən avtomobil – ANBAAN VİDEO

Türkiyənin Tekirdağ şəhərində uşaqların oynadığı dar küçədən avtomobilin sürətlə keçməsi ərazidə olan təhlükəsizlik kameralarına əks …

Nigeriyada ritual üçün uşağın başını kəsən keşiş ölüm cəzasına məhkum edildi – FOTO

Nigeriyada keşiş və onun ortağı yeddi yaşlı uşağı öldürməkdə təqsirli bilinirlər. Onların bu cinayəti ayin …

Hollivud aktrisası vəfat edib

Amerikalı aktrisa Enn Heç 53 yaşında vəfat edib. O, avqustun 5-də Los-Ancelesdə qəza keçirmişdi.   Bu …