Çərşənbə axşamı , Fevral 7 2023

Meksikalı boksçu Messini döyməklə hədələdi – FOTO/VİDEO

Meksikalı boksçu Saul Alvares 2022-ci il futbol üzrə dünya çempionatının qrup mərhələsində argentinalı hücumçu Lionel Messini davranışına görə kəskin tənqid edib.

Qeyd edək ki, 2:0 hesabı ilə Argentina yığmasının xeyrinə başa çatan oyundan sonra Messinin paltardəyişmə otağında Meksika millisinin formasına ayaqlarını sildiyini əks etdirən görüntülər yayılıb.

“Messinin Meksika forması ilə necə döşəmə sildiyini gördünüz? Messi Allaha dua etsin ki, onunla haradasa rastlaşmayım. Köynəyin yerdə olması Meksika üçün təhqirdir. Mən Argentinaya hörmət etdiyim kimi, Meksikaya da hörmət edilməsini istəyirəm. Söhbət bütün Argentinadan deyil, Messidən gedir”, – deyə Alvares sosial şəbəkələrdə yazıb.

Qeyd edək ki, meksikalılar üzərində qələbə sayəsində Argentina millisi turnirin pley-off mərhələsinə çıxmaq şanslarını qoruyub. Yığma topladığı üç xalla “C” qrupunda ikinci yeri tutur. Dördlüyə liderlik edən Polşa yığmasının dörd xalı var. Səudiyyə Ərəbistanı üç xal ilə üçüncü, Meksika isə bir xalla dördüncüdür.

Bu dördlükdə pley-offun taleyini həll edəcək qrup mərhələsinin üçüncü turunda argentinalılar Polşa, meksikalılar isə Səudiyyə Ərəbistanı ilə qarşılaşacaqlar.

Mənbə: Gazeta.ru

www.SEN.az

About FERZELIYEV

Check Also

İrandan narkokuryerliyə cəlb edilən şəxs tutulub – FOTO/VİDEO

Hökməlidə narkotiklərin satışı ilə məşğul olan və üzərində qanunsuz olaraq odlu silah saxlayan şəxslərə qarşı …

Adil Əliyev: “Azərbaycanda zəlzələ olarsa, bu enerji toplamış palçıq vulkanlarına 100 faiz təsir göstərəcək”

Hatayda böyük dağıntı: Zəlzələ bölgəsi havadan görüntüləndi – VİDEO

Türkiyənin Hatay şəhərinin havadan çəkilmiş videogörüntüləri yayımlanıb. Episentri Kahramanmaraşın Pazarcık rayonunda olan və 10 şəhərdə …

Türkiyəli nazirdən itkilərlə bağlı AÇIQLAMA

“Türkiyədə zəlzələ 13,5 milyon insana təsir edib”. Bunu ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi …

Türkiyədəki azərbaycanlı tələbələr Bakıya yola salınacaqlar – ÖZƏL

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir