Çərşənbə , İyul 6 2022

Mariupol meri: “Şəhərdə ukraynalıların meyitləri yoxa çıxmağa başlayıb”

Mariupolda ukraynalıların meyitləri yoxa çıxmağa başlayıb.

Bu barədə şəhər meri Vadim Boyçenko bildirib.

Onun sözlərinə görə, Rusiya ordusu bu yolla şəhərdə törətdiyi cinayətləri gizlətməyə çalışır.

Mer həmçinin əlavə edib ki, düşmən tərəfindən öldürülənlərin sayı azı 5000-dir.

“Martın 21-nə olan məlumata görə, şəhərdə ölənlərin sayını hesablamaq mümkün olanda bu rəqəm dəhşətli idi: beş min nəfər düşmən silahlarından həlak olub”, – deyə o bildirib.

Boyçenko onu da vurğulayıb ki, şəhərdə hələ də kömək istəyən 100 mindən artıq yerli sakin var.

“Bizə Mariupol sakinlərinin tam təxliyəsi lazımdır. Şəhərimiz uğrunda döyüşən hərbçilərimizi xilas etmək lazımdır. Ən azı, bir neçə günlük sükut rejiminə ehtiyacımız var”, – deyə Mariupol meri vurğulayıb.

Mənbə: Segodnya

www.SEN.az

About FERZELIYEV

Check Also

Pakistanda daşqınlar 25 nəfərin həyatına son qoyub – VİDEO

Pakistanın qərbində yerləşən Bəlucistan əyalətində leysan yağışlar daşqınlarla nəticələnib. İlkin məlumata görə, təbii fəlakət azı …

Dörd nəfərdən hədə-qorxu ilə pul tələb edən baş redaktor saxlanılıb

Göygöl rayonunda sayt rəhbərinin heç bir səbəb göstərilmədən saxlanıldığı iddia edilib.  Qeyd olunub ki, “Demokratik.az” saytının …

Müştəri məmnuniyyətinin idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Yevlaxda gənc oğlan yoxa çıxdı

“Məhkəmələr ittihamın sübutlarını əsas götürür, bizim vəsatətlərimiz isə təmin olunmur” – Vəkildən şikayət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.