Cümə axşamı , May 26 2022

Macarıstan neft embarqosuna razılığının qiymətini açıqladı

Macarıstan hakimiyyəti Avropa İttifaqının Rusiya neftinə embarqo tətbiq etməsinə razılıq vermək qarşılığında 700-750 milyon avro məbləğində pul tələb edib.

Bu barədə “El Pais” məlumat yayıb.

Ölkənin xarici işlər naziri Peter Siyyarto ciddi bir məbləğin Macarıstanın neft embarqosu ilə bağlı mövqeyini dəyişəcəyinə işarə edib. O, hökumətin neftin alternativ marşrutlarla nəqli məqsədilə infrastrukturun modernləşdirilməsi və inkişafı üçün vəsaitə ehtiyac duyduğunu dilə gətirib.

“Bizim malik olduğumuz emal gücləri Rusiya nefti üçün nəzərdə tutulub. Onların neftin digər növləri ilə uyğunlaşdırılması dörd il ərzində 500-550 milyon avro sərmayə tələb edir. Biz Rusiya neft kəmərini əvəz etmək üçün Adriatik boru kəmərinin gücünü artırmalı olacağıq ki, bu da əlavə 200 milyon avroya başa gələcək”, – deyə diplomat bəyan edib.

www.SEN.az

About FERZELIYEV

Check Also

Rusiyalı oliqarxların Aİ tərəfindən dondurulan aktivlərinin dəyəri artıq 10 milyard avroya yaxındır

İlkin hesablamalara görə, Ukraynaya qarşı müharibəyə görə sanksiyalar çərçivəsində Aİ-də dondurulan rusiyalı oliqarxların aktivlərinin dəyəri …

Blinken: “Rusiya şirkətləri SEPAH-a neft qaçaqmalçılığı və çirkli pulların yuyulmasında kömək edir”

ABŞ terror təşkilatı hesab etdiyi İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələrə görə on …

Əfqanıstanda silsilə terror aktları: Azı 14 ölü, 37 yaralı var – VİDEO

Əfqanıstan paytaxtındakı məscidlərin birində terror aktı həyata keçirilib. Təcili Tibbi Yardım Xəstəxanasından verilən açıqlamaya görə, …

Balıqçıların toruna nəhəng balina köpəkbalığı düşdü – FOTO

İndoneziya Qərbi Sumatra bölgəsində balıqçıların toruna nəhəng balina köpəkbalığı düşüb. Sahilə çıxan balina köpəkbalığının uzunluğu …

İranın on vilayətində məktəblər bağlandı: İnsanlara xəbərdarlıq edildi

İranın on vilayətini toz fırtınası bürüyüb. Bu barədə İranın Milli Hava Proqnozları və Böhran Vəziyyətlərinin …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.