Çərşənbə , Sentyabr 28 2022

Kafedə Ukrayna mahnısı səsləndirən dicey on sutkalıq həbs edildi

Krım məhkəməsi kafedə Ukrayna mahnısı səsləndirən diceyin on sutkalıq həbs edilməsi barədə qərar qəbul edib.

Leninski Rayon Məhkəməsindən bildirilib ki, o, “Ekstremist fəaliyyətlə mübarizə haqqında” Federal Qanunun 1-ci maddəsinin 1-ci bəndini pozub.

Dicey Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.3-cü maddəsi ilə (Nasist atributlarının və ya simvollarının, yaxud ekstremist təşkilatların atributlarının və ya simvollarının nümayişi) təqsirli bilinib.

Həmçinin, məhkəmə ondan inzibati xəta predmetini, yəni musiqi avadanlığını müsadirə edib.

Məlumata görə, müttəhim Şçelkino şəhərindəki kafedə “Vəhşi tarla” mahnısını səhnələşdirib və bu zaman Azov alayının simvollarını əks etdirən klip yayımlayıb.

Dicey günahını qismən boynuna alıb. O, mahnı və videonun məzmununu bilmədən ziyarətçinin istəyi ilə səsləndirdiyini bildirib.

Mənbə: lenta.ru

www.SEN.az

About FERZELIYEV

Check Also

Kataloniya yeni müstəqillik referendumu keçirməyi planlaşdırır

Kataloniyada İspaniya ilə razılaşdırılaraq regionun müstəqilliyi ilə bağlı yeni referendumun keçirilməsi planlaşdırılır. Bu barədə Kataloniya …

Yeni Zelandiya Kadırova qarşı sanksiyalar tətbiq edib

Yeni Zelandiya Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə əlaqədar Çeçenistan rəhbəri Ramzan Kadırov da daxil olmaqla, …

Belarusa gedən rusiyalıları qatardan düşürüb geri qaytardılar

Rusiyanın Sankt-Peterburq şəhərindən Belarusa qatarla gedən beş rusiyalı “səfərbərlik haqqında” qanuna görə ölkədən buraxılmayıb. Bu …

Təbrizdə İran polisi yenidən etirazçılara atəş açdı – VİDEO

Təbrizdə İran polisi yenidən etirazçılara atəş açıb. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Həmin görüntüləri …

“Şimal axını”ndakı mümkün təxribatla bağlı araşdırma başlanıb

İsveç polisi “Şimal axını” qaz kəmərindən baş vermiş sızmaların səbəblərini araşdırmağa başlayıb. “Säpo (İsveç Polis …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.