Bazar , İyul 3 2022

Kəmaləddin Heydərov İsrailin maliyyə naziri ilə görüşüb – FOTO

Bu gün Fövqəladə Hallar Nazirliyinin inzibati binasında Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan İsrail dövlətinin maliyyə naziri Aviqdor Libermanla görüşüb.

Bu barədə nazirliyin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, Kəmaləddin Heydərov ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini xatırladıb. O, qonağa Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. İki ölkənin uyğun qurumları arasında əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayan nazir bu çərçivədə gələcəkdə fövqəladə halların idarə edilməsi üzrə hökumətlərarası sazişin imzalanmasının göstərilən istiqamətdə əlaqələrin inkişafına təkan verə biləcəyini qeyd edib.

Səmimi görüşə görə təşəkkürünü bildirən İsrailin maliyyə naziri Aviqdor Liberman ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin mövcud olduğunu qeyd edib. Qonaq hər iki ölkənin uyğun qurumları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətinə toxunaraq, fövqəladə hallarla mübarizə üzrə hökumətlərarası sazişin potensial olaraq imzalanması ilə bağlı səsləndirilən məsələni müsbət qiymətləndirdiyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

www.SEN.az

About FERZELIYEV

Check Also

Baş Qərargah: “Ağır döyüşlərdən sonra ukraynalı hərbçilər Lisiçanskı tərk edib”

Ukrayna hərbçiləri ağır döyüşlərdən sonra Lisiçansk şəhərindəki mövqelərini tərk etməli olub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin …

Pakistanda avtobusun dərəyə aşması nəticəsində azı 19 nəfər ölüb

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 19 nəfər ölüb, 12 …

Azərbaycan postmünaqişə dövründə: Beynəlxalq güclərin sülh gündəliyindəki rolu – ŞƏRH

Bakıda 37 yaşlı qadın tanışı tərəfindən bıçaqlanıb

İyulun 3-ü saat 18 radələrində 1985-ci il təvəllüdlü Aynurə Əliyarovanın paytaxtın Suraxanı rayonu ərazisində yaşadığı …

Ukrayna ilə sərhəddə yerləşən Rusiya vilayətində partlayış: Ölən və yaralananlar var

Belqorodda (Rusiya) fövqəladə hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Bu barədə Belqorod vilayətinin …