Salı , Kasım 24 2020

İşğaldan azad edilən ərazilərin tarixi adları bərpa olunur – VİDEO

Torpaqlarımız işğaldan azad olunduqca, onların tarixi adları da bərpa olunur.

Xezerxeber.az-ın məlumatına görə, ermənilər yalnız azərbaycanlılara qarşı soyqırımı deyil, eyni zamanda tarixi toponimlərimizə qarşı da terror həyata keçiriblər. Onlar torpaqlarımızı işğal etdikcə onların tarixi adlarını dəyişdirərək erməniləşdiriblər.

Coğrafiya İnstitunun aparıcı elmi işçisi Mahirə Abbasova deyib ki, ermənilərin yer adlarını dəyişdirməkdə əsas məqsədləri bu ərazilərin bizə deyil, guya onlara məxsus olduğunu göstərməkdir.

Mahirə Abbasova bildirib ki, əvvəlki xəritələrdə, eləcə də Azərbaycan Respublikasının xəritəsində işğal altında olan rayon və kəndlərimizin keçmiş adları var. Torpaqlarımız işğaldan azad olunduqca, Prezidentin təsdiqlədiyi yeni adlar xəritələrə köçürüləcək. Xəritə hazırlanarkən kartoqrafiyada rəsmi təsdiq olunmuş adlar və məlumatlardan istifadə mütləqdir.

Mahirə Abbasova qeyd edib ki, Coğrafiya İnstitutu tərəfindən ərazilərimizin coğrafi adları sistemli şəkildə toplanır və tədqiq edilir.

About FERZELIYEV

Check Also

Ermənilər Qarabağa 150 il əvvəl gəldiklərini BELƏ ETİRAF ETDİLƏR – FOTO

Məlum olduğu kimi, 1828-ci ilin 10 fevral tarixində imzalanan “Türkmənçay müqaviləsi”nin 15-ci maddəsində ermənilərin indiki …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir