İranda mart ayı geniş əks-səda doğuran bir sıra qalmaqallı hadisələrlə yadda qaldı.
Bunlardan ən önəmlisi və beynəlxalq səviyyədə xüsusi diqqət çəkəni dünyaca məşhur İran kinematoqrafının qadın təmsilçilərinin işlədikləri sahədə kütləvi xarakter almış cinsi zorakılıqlar barədə açıqlamaları və bu dözülməz hala kollektiv etirazı oldu.
Hərşey onunla başladı ki, martın 23-də tanınmış rejissor assistenti kimi fəaliyyət göstərən Somayi Mirşəmsi özünün “Twitter” səhifəsində çəkiliş zamanı məhşur İran aktyoru Fərhad Əslani tərəfindən təhqirə və kobud rəftara məruz qaldığını yazıb.
www.SEN.az