Cümə axşamı , May 26 2022

İranda Əli Xameneiyə qarşı etirazlar davam edir – VİDEO

İranda hökumət əleyhinə etirazlar bir sıra əyalətlərdə, o cümlədən Lorestan, Çaharmahal və Bəxtiyari, Kohgiluye və Buyer-Əhməd vilayətlərində ardıcıl bir neçə gündür davam edir.

Sosial mediada müxtəlif şəhərlərdən yayılan şəkillər və videolardan görünür ki, insanlar ölkənin Dorud və Farsan kimi şəhərlərində küçələrə çıxaraq İslam rejimi əleyhinə şüarlar, o cümlədən “Xameneiyə ölüm!”, “Rəisiyə ölüm!”, “mollalar rədd olmalıdır” şüarları səsləndiriblər.

Lorestan əyalətinin bəzi şəhərlərindən yayılan videolarda atəş səsləri eşidilib. Borucerd sakini video yayaraq təhlükəsizlik qüvvələrinin etirazçılara atəş açdığını deyib.

Cümə axşamı gecəsi İranın bir sıra əyalətlərində keçirilən etiraz aksiyalarından sonra cümə günü şəhərlərdə sərt təhlükəsizlik tədbirləri, eləcə də bu əyalətlərdə internetin, xüsusilə də mobil internetin dayandırılması haqda məlumatlar yayılıb.

 

www.SEN.az

About FERZELIYEV

Check Also

Rusiyalı oliqarxların Aİ tərəfindən dondurulan aktivlərinin dəyəri artıq 10 milyard avroya yaxındır

İlkin hesablamalara görə, Ukraynaya qarşı müharibəyə görə sanksiyalar çərçivəsində Aİ-də dondurulan rusiyalı oliqarxların aktivlərinin dəyəri …

Blinken: “Rusiya şirkətləri SEPAH-a neft qaçaqmalçılığı və çirkli pulların yuyulmasında kömək edir”

ABŞ terror təşkilatı hesab etdiyi İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələrə görə on …

Əfqanıstanda silsilə terror aktları: Azı 14 ölü, 37 yaralı var – VİDEO

Əfqanıstan paytaxtındakı məscidlərin birində terror aktı həyata keçirilib. Təcili Tibbi Yardım Xəstəxanasından verilən açıqlamaya görə, …

Balıqçıların toruna nəhəng balina köpəkbalığı düşdü – FOTO

İndoneziya Qərbi Sumatra bölgəsində balıqçıların toruna nəhəng balina köpəkbalığı düşüb. Sahilə çıxan balina köpəkbalığının uzunluğu …

İranın on vilayətində məktəblər bağlandı: İnsanlara xəbərdarlıq edildi

İranın on vilayətini toz fırtınası bürüyüb. Bu barədə İranın Milli Hava Proqnozları və Böhran Vəziyyətlərinin …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.