Çərşənbə , İyul 6 2022

Hindistanda Hz.Məhəmmədin təhqirinə etiraz aksiyası keçirilib

Hindistandakı hakim “Bharatiya Janata” Partiyasının (BJP) rəsmi nümayəndəsi Nipur Şarmanın Hz. Məhəmmədlə (s)  bağlı qalmaqallı şərhlərinə görə Yeni Dehlidə etiraz aksiyası keçirilib.

Yüzlərlə müsəlman cümə namazından sonra Cənubi Asiyanın ən böyük ibadət ocağı sayılan Cama məscidində toplaşaraq Şarmanın sözlərini kəskin şəkildə pisləyib və hakimiyyətdən onun həbsini tələb ediblər.

Polis vəziyyəti nəzarətdə saxlayıb və qanun pozuntularına yol verməyib.

Peyğəmbərin (s) təhqir edilməsi Hindistanın şimalındakı Cammu və Kəşmir birlik ərazisində də etirazlara səbəb olub. Dini zəmində qarşıdurmaların qarşısını almaq üçün bölgənin səlahiyyətliləri Bhadervah şəhərində interneti bağlayıb və orada komendant saatı tətbiq edib. Ərazinin paytaxtı Srinaqarda da internet xidmətləri dayandırılıb.

Qalmaqal ötən həftə milli televiziyada debat zamanı Nipur Şarmanın Peyğəmbərlə (s) bağlı şərhlərindən sonra başlayıb. Hindistandakı bir çox müsəlman onun sözlərini təhqiredici hesab edib.

The post Hindistanda Hz.Məhəmmədin təhqirinə etiraz aksiyası keçirilib appeared first on islam.az.

About FERZELIYEV

Check Also

Pakistanda daşqınlar 25 nəfərin həyatına son qoyub – VİDEO

Pakistanın qərbində yerləşən Bəlucistan əyalətində leysan yağışlar daşqınlarla nəticələnib. İlkin məlumata görə, təbii fəlakət azı …

Dörd nəfərdən hədə-qorxu ilə pul tələb edən baş redaktor saxlanılıb

Göygöl rayonunda sayt rəhbərinin heç bir səbəb göstərilmədən saxlanıldığı iddia edilib.  Qeyd olunub ki, “Demokratik.az” saytının …

Müştəri məmnuniyyətinin idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Yevlaxda gənc oğlan yoxa çıxdı

“Məhkəmələr ittihamın sübutlarını əsas götürür, bizim vəsatətlərimiz isə təmin olunmur” – Vəkildən şikayət