Çərşənbə , İyul 6 2022

Hindistanda etiraz aksiyalarında iştirak edən müsəlmanlara qarşı vəhşilik

Hindistanın Uttar Pradeş ştatında hakim dairələr bir neçə müsəlman ailəsinin evlərini yerlə yeksan edib.

İSLAM.AZ xəbər verir ki, dağıdılan yaşayış sahələri ötən həftə ölkədə Peyğəmbər (s) və həyat yoldaşı Aişənin təhqir edilməsinə qarşı keçirilən etiraz aksiyalarında iştirak etmiş şəxslərə məxsusdur.

Misal üçün, bazar günü müxalifətçi siyasətçi Civəd Əhmədin və qızının, müsəlman qadınlarının hüquqlarının qorunması ilə məşğul olan Afrin Fatimənin evləri sökülüb. Daha iki ev isə, hakimiyyətin bildirdiyinə görə, polisə daş atan insanlara məxsusdur.

Qeyd edək ki, Hindistanın hakim dairələrinin tətbiq etdikləri bu vəhşi cəza tədbirlərinə dair heç bir məhkəmə qərarı çıxarılmayıb və ümumiyyətlə qanunlarda belə bir cəza növü nəzərdə tutulmayıb.

Hazırda ötən həftə baş verən hadisələrə görə həbs edilən 300-dən artıq müsəlman zindanlarda saxlanılır və məhkəmələrin qərarlarını gözləyirlər.

The post Hindistanda etiraz aksiyalarında iştirak edən müsəlmanlara qarşı vəhşilik appeared first on islam.az.

About FERZELIYEV

Check Also

Mərakeşli hücumçu “Milan” yolunda

Mərakeş millisinin və “Çelsi”nin futbolçusu Hakim Ziyeş karyerasını “Milan”da davam etdirmək istəyir. Bu barədə jurnalist …

Rusiyalı general Moskvada saxlanıldı

Rusiyanın daxili işlər nazirinin köməkçisi, general-leytenant və Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə …

Qurban bayramı ilə bağlı fətva verildi

Pakistanda daşqınlar 25 nəfərin həyatına son qoyub – VİDEO

Pakistanın qərbində yerləşən Bəlucistan əyalətində leysan yağışlar daşqınlarla nəticələnib. İlkin məlumata görə, təbii fəlakət azı …

Dörd nəfərdən hədə-qorxu ilə pul tələb edən baş redaktor saxlanılıb

Göygöl rayonunda sayt rəhbərinin heç bir səbəb göstərilmədən saxlanıldığı iddia edilib.  Qeyd olunub ki, “Demokratik.az” saytının …