Cümə axşamı , May 26 2022

Hindistanda BƏƏ liderinin ölümü ilə bağlı ümummilli matəm elan olundu

Hindistanda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Xəlifə bin Zayed Əl Nəhyanın vəfatı ilə bağlı bir günlük matəm elan olunub.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hindistan hökuməti vəfat edən siyasətçiyə hörmət əlaməti olaraq, mayın 14-də ölkə üzrə matəm elan etməyə qərar verib.

Matəm günü dövlət bayraqları yarıyadək endiriləcək və rəsmi əyləncə tədbirləri ləğv olunacaq.

Qeyd edək ki, uzun müddətdir xəstə olan Şeyx Xəlifə mayın 13-də dünyasını dəyişib. Onun 73 yaşı var idi. Mərhum BƏƏ-nin keçmiş prezidenti Şeyx Zayed bin Sultan Əl Nəhyanın böyük oğlu idi. O, 2004-cü il noyabrın 3-dən Birləşmiş Ərəb Əmirliklərinin prezidenti və Əbu-Dabi hökmdarı kimi fəaliyyət göstərib.

Mənbə: rossaprimavera.ru

www.SEN.az

About FERZELIYEV

Check Also

İranın on vilayətində məktəblər bağlandı: İnsanlara xəbərdarlıq edildi

İranın on vilayətini toz fırtınası bürüyüb. Bu barədə İranın Milli Hava Proqnozları və Böhran Vəziyyətlərinin …

Türkiyədə dəhşət: Arvadını bıçaqladı, uşaqlarını və özünü eyvandan atdı

Türkiyənin Aksaray şəhərində faciə baş verib. Belə ki, Əfqanıstandan olan 35 yaşlı Məhəmməd Hüseyn Sultani …

Məşqçi yarışda məğlub olan tələbəsinə şapalaq çəkdi – VİDEO

Türkiyənin Diyarbəkir şəhərində məşqçi yarışda məğlub olan tələbəsinin üzünə şapalaq çəkib. Olay taekvando turnirində qeydə …

Dağıstanda torpaq üstündə kütləvi dava baş verib – VİDEO

Dağıstanda torpaq münaqişəsi zəminində qonşu kəndlərin sakinləri arasında kütləvi dava olub. Hadisə mayın 25-də Botlix …

Ukraynada Buça faciəsindən daha bir görüntü – FOTO

Sosial şəbəkələrdə Rusiya ordusunun Ukraynada işğal etdiyi ərazilərdən dəhşətli görüntülərin fotoları paylaşılmaqda davam edir. Bu dəfə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.