Pazartesi , Ekim 26 2020

Hikmət Hacıyev: “Atam dedi ki, Ali Baş Komandanın hər bir əmrinə hazıram”

“Mən ümumiyyətlə şəxsi məsələlərlə bağlı müsahibə verməkdən həmişə çəkinmişəm. Mənim atam da Gəncə sakinidir”.

Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın ötən gecə Gəncə şəhərini raket atəşinə tutmasına münasibət bildirərkən deyib.

H.Hacıyev qeyd edib ki, hadisə onların Gəncədəki evlərindən bir neçə yüz metr kənarda baş verib.

“Hadisə də bizim evimizdən bir neçə yüz metr aralıda baş vermişdir. Atam da Gəncə şəhərində yaşayır, Gəncə sakinləri ilə bir yerdədir. Onun 82 yaşı var və mənə dedi ki, Ali Baş Komandanın hər bir əmrinə hazıram”.

About FERZELIYEV

Check Also

Prezident Gəncə terrorundan yazdı

“Gəncə şəhəri bombardman edilmiş, mülki şəxslərə qarşı dəhşətli cinayət törədilmişdir. Bu, Ermənistan rəhbərliyinin həyata keçirdiyi …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir