Çərşənbə axşamı , Avqust 16 2022

Göyçaydan Lənkərana toya gedənlər qəzaya düşdü, ölən və yaralı var – FOTO

Lənkəran rayonunda ağır yol qəzası baş verib.

“SEN.az”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Lənkəran-Boradigah yolunun Separadi kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobilin yoldan çıxaraq ağaca çırpılması nəticəsində Göyçay rayonu sakini, 2002-ci il təvəllüdlü Elmir Qurbanov və onun həmyerlisi, 2004-cü il təvəllüdlü Cavid Salahlı ağır bədən xəsarətləri alıblar.

E.Qurbanov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. C.Salahlı isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, Göyçay sakinləri Lənkərana toy mərasimində iştirak etmək üçün gəliblər. Hadisənin baş verməsinə səbəb kimi çiskinli hava şəraitində sürətin düzgün seçilmədiyi göstərilir. Faktla bağlı araşdırma aparılır.

www.SEN.az

About FERZELIYEV

Check Also

Kafedə Ukrayna mahnısı səsləndirən dicey on sutkalıq həbs edildi

Krım məhkəməsi kafedə Ukrayna mahnısı səsləndirən diceyin on sutkalıq həbs edilməsi barədə qərar qəbul edib. …

“Pfizer”in rəhbəri dörd peyvənddən sonra koronavirusa yoluxdu

ABŞ-ın “Pfizer” əczaçılıq korporasiyasının baş icraçı direktoru, dörd dəfə koronavirusa qarşı peyvənd olunan Albert Burla …

Conni Depp 25 ildən sonra rejissorluğa qayıdacaq

Conni Depp 25 ildən sonra rejissorluğa qayıdacaq. Aktyor italyan rəssam Amedeo Modilyani haqqında film çəkəcək. …

“Koronavirussuz cənnət”də yoluxma sayı iki dəfə artdı

Marşal adalarında koronavirusun yayılması səhiyyə böhranına səbəb olub. Dünya mətbuatında “koronavirussuz cənnət” adlandırılan ölkədə avqustun …

Britaniya iki növ koronavirusa qarşı peyvəndi təsdiqləyən ilk ölkə oldu

Britaniya COVID-19-un həm orijinal ştammı, həm də “Omicron” variantına qarşı vaksini təsdiqləyən ilk ölkə oldu. …