Çərşənbə , İyul 6 2022

Görünməmiş DƏLƏDUZLUQ: 70 minə aeroportda vəzifə, ipoteka ilə ev vədi

Bakıda ana və oğluna qarşı dələduzluq edən Nurlan Tağızadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

SEN.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. İş hakim Fərid Əmirəliyevin icraatına verilib.

Əldə etdiyimiz məlumata görə, fiziki şəxs olan Nurlanın əməlindən 2 zərərçəkmiş var. Onlar da Z.Əsgərova və oğlu Fuad Əsgərovdur. İttiham aktına görə, Nurlan Tağızadə Fuadı Hava Limanında yoxlama-nəzarətçi vəzifəsinə “düzəltmək” və onlara ipoteka ilə ev almaq vədi verib. Bu vədlərlə zərərçəkmişlərdən ümumilikdə 70 min manatdan çox pul alıb.

N.Tağızadə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə baş tutacaq.

www.SEN.az

About FERZELIYEV

Check Also

Pakistanda daşqınlar 25 nəfərin həyatına son qoyub – VİDEO

Pakistanın qərbində yerləşən Bəlucistan əyalətində leysan yağışlar daşqınlarla nəticələnib. İlkin məlumata görə, təbii fəlakət azı …

Dörd nəfərdən hədə-qorxu ilə pul tələb edən baş redaktor saxlanılıb

Göygöl rayonunda sayt rəhbərinin heç bir səbəb göstərilmədən saxlanıldığı iddia edilib.  Qeyd olunub ki, “Demokratik.az” saytının …

Müştəri məmnuniyyətinin idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Yevlaxda gənc oğlan yoxa çıxdı

“Məhkəmələr ittihamın sübutlarını əsas götürür, bizim vəsatətlərimiz isə təmin olunmur” – Vəkildən şikayət