Şənbə , Avqust 13 2022

Gecə klubundakı partlayışla bağlı üç nəfər HƏBS EDİLDİ – RƏSMİ

Xəbər verildiyi kimi, aprelin 3-də gecə saat 03 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş verməsi nəticəsində 1 nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, toplanmış ilkin sübutlarla müəyyən edilib ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilib, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.

İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan – Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Hər üç şəxs barəsində Binəqədi rayon Məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq məlumatın verilməsi təmin ediləcək.

www.SEN.az

About FERZELIYEV

Check Also

Rusiyada hər kəsin gözü qarşısında beşmərtəbəli yaşayış binasının bir tərəfi uçdu – VİDEO

Rusiyanın Omsk şəhərində beşmərtəbəli yaşayış binasının bir hissəsi uçub. Qeyri-rəsmi məlumatlara görə, qurbanlar var, dağıntılar …

Rusiyada üç aylıq körpəsini yerə çırpan gənc ana həbs edildi

Rusiyanın Omsk vilayətinin Qorki rayonundakı evdə avqustun 10-da hüquq-mühafizə orqanlarının əməkdaşları üç aylıq uşaq meyiti tapıblar. …

Nigeriyada ritual üçün uşağın başını kəsən keşiş ölüm cəzasına məhkum edildi – FOTO

Nigeriyada keşiş və onun ortağı yeddi yaşlı uşağı öldürməkdə təqsirli bilinirlər. Onların bu cinayəti ayin …

Hollivud aktrisası vəfat edib

Amerikalı aktrisa Enn Heç 53 yaşında vəfat edib. O, avqustun 5-də Los-Ancelesdə qəza keçirmişdi.   Bu …

700 bal toplayan şagird Azərbaycan universitetlərindən imtina etdi