Salı , Kasım 24 2020

Gəncə terroru: 9 nəfər həlak olub, 34 nəfər yaralanıb, 100-dən çox binaya ziyan dəyib – VİDEO

Ermənistan tərəfi elan olunmuş humanitar atəşkəs rejimini pozaraq yenə dinc əhali hədəf aldı.

Xezerxeber.az-ın məlumatına görə, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.

Düşmənin silahlı qüvvələri dünən gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasını raket atəşinə tutub.

Gəncədən olan millət vəkili Naqif Həmzəyev bildirib ki, işğalçı Ermənistanın silahlı qüvvələri Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alıb.

Dağıntılar nəticəsində 9 nəfər həlak olub, 16 qadın və 6 azyaşlı olmaqla, 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib. Yaralılar xəstəxanalara yerləşdirilib. Onlar xəsarət alsalar da, bildirirlər ki, doğma şəhərlərini tərk etməyəcəklər.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, dərhal əraziyə cəlb olunmuş müvafiq qüvvələr tərəfindən dağıntılar altından xəsarət almış 17 nəfər yaralı şəkildə və 9 nəfərin isə cəsədi çıxarılıb. Axtarış-xilasetmə işləri yekunlaşdırılıb.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

About FERZELIYEV

Check Also

Ermənilər Qarabağa 150 il əvvəl gəldiklərini BELƏ ETİRAF ETDİLƏR – FOTO

Məlum olduğu kimi, 1828-ci ilin 10 fevral tarixində imzalanan “Türkmənçay müqaviləsi”nin 15-ci maddəsində ermənilərin indiki …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir