Salı , Ekim 27 2020

Gəncə şəhəri terrorizimlə üz-üzədir – VİDEO

“Ermənistanın mülki əhaliyə qarşı vandalizm siyasəti davam edir. İşğalçı ölkə humanitar əsaslarla müəyyən olunan atəşkəs rejiminə məhəl qoymayaraq dinc insanların olduğu yaşayış məntəqələrini atəşə tutur. Erməni vandalizminə son qoyulmalıdır”.

Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri Gəncə şəhərindən olan millət vəkili Müşfiq Cəfərov səsləndirib.

Azərbaycan və Ermənistan arasında humanitar atəşkəslə bağlı qəbul edilən sənəddən sonra da ermənilərin Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə və mülki vətəndaşlara qarşı həyata keçirdiyi hücumlar onu göstərir ki, təcavüzkar ölkə riyakar siyasət həyata keçirməkdədir. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Gəncə terroruna biganə qalmamalıdır.

Millət vəkili Pərvin Kərimzadə isə deyib ki, Gəncə hadisələri Xocalı qətliamından sonra ermənilərin həyata keçirdiyi daha bir soyqırımı aktıdır. Dinc əhalinin yatdığı yerdə raket atəşinə tutulması Ermənistan tərəfindən törədilən hərbi və siyasi təxribat kimi qiymətləndirilməlidir.

Millət vəkilinin sözlərinə görə, bütün dünya dövlətləri terrorçuya, qadın və uşaq qatili olan Ermənistana “dur” deməlidir.

Bu gün Azərbaycanın ikinci böyük şəhərləri olan Gəncə terrorizimlə üz-üzədir: “Ümid edirik ki, dünya bu terrora biganə qalmayacaq”

About FERZELIYEV

Check Also

Prezident Gəncə terrorundan yazdı

“Gəncə şəhəri bombardman edilmiş, mülki şəxslərə qarşı dəhşətli cinayət törədilmişdir. Bu, Ermənistan rəhbərliyinin həyata keçirdiyi …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir