Pazartesi , Ekim 26 2020

Ermənistan silahlı qüvvələri humanitar cinayət törədir – VİDEO

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini, xüsusilə də mülki əhalinin sıx məskunlaşdığı əraziləri atəşə tutması heç bir hərbi taktika ilə bağlı deyil və bu, humanitar cinayətdir.

Xezerxeber.az-ın məlumatına görə, bunu hərbi məsələlər üzrə ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

O bildirib ki, düşmən bununla tərəflər arasındakı itki fərqini sığortalamaq və erməni auditoriyasını təsir altında saxlamaq niyyətini güdür.

Şair Ramaldanov bildirib ki, humanitar atəşkəsi pozmaqla düşmən həm də döyüş meydanında qalan cəsədlərin çıxarılma prosesini yubadır. Bu da başadüşüləndir. Çünki, təmas xəttində xeyli sayda erməni hərbçilərin cəsədləri qalıb ki, onları da birdən-birə ölkə ictimaiyyətinə elan etmək hazırki hərbi-siyasi rəhbərlik üçün təhlükədir.

Şair Ramaldanov əlavə edib ki, Ermənistanın Azərbaycanın şəhərlərinə və mülki əhaliyə raketlər atması iki ordu arasındakı kəskin fərqin göstəricisidir. Azərbaycan Silahlı Qüvvələrinin hərbi obyektlərə və texnikalara endirdiyi dəqiq zərbələrin qarşılığını verə bilməyən Ermənistan ordusu dinc sakinləri və yaşayış məntəqələrini atəşə tutur.

About FERZELIYEV

Check Also

Prezident Gəncə terrorundan yazdı

“Gəncə şəhəri bombardman edilmiş, mülki şəxslərə qarşı dəhşətli cinayət törədilmişdir. Bu, Ermənistan rəhbərliyinin həyata keçirdiyi …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir