Pazartesi , Ekim 26 2020

Ermənistan ordusu cəbhəyanı yaşayış məntəqələrini ağır artilleriya atəşinə məruz qoyur – VİDEO

Humanitar atəşkəs elan edilməsinə baxmayaraq Ermənistan ordusu cəbhəyanı yaşayış məntəqələrini ağır artilleriya atəşinə məruz qoyur.

Xezerxeber.az-ın məlumatına görə, Ermənistan silahlı qüvvələri mülki əhaliyə xeyli zərər vurublar. Ən çox atəşə məruz qalan kəndlər Ağdamın Zəngişalı və Çəmənlidir.

Ötən axşam Zəngişalıda Rəhman Qəhrəmanovun həyətinə düşən mərmi xeyli ot bağlamasını yandırıb.

Kəndin digər ərazisinə düşən mərmi isə Azər Qəhrəmanova məxsus evə və tövləyə, eləcə də qonşuluqdakı evə xeyli zərər vurub.

Ərazidən keçən elektrik xətləri də qırılıb.

Atılan mərmilərdən biri də Zəngişalıda 2 evin yaxınlığına, yol kənarına düşüb. Hadisə zamanı hər iki evə ciddi ziyan dəyib. Sakinlər də atəşkəsin mütəmadi olaraq pozulduğunu, lakin buna baxmayaraq heç nədən qorxmadıqlarını bildiriblər.

Ermənistan silahlı qüvvələri Tərtərin də yaşayış məntəqələrini atəşə tutub. Rayon mərkəzi olmaqla yanaşı kəndlər də atəşə məruz qalıb. Nəticədə fərdi yaşayış evləri dağılıb. Bu istiqamətdə rayon icra hakimiyyəti tərəfindən araşdırma aparılır.

Atılan mərmilər rayonun Qaragacı kəndindəki qəbiristanlığa düşüb.

Ermənilərin atdığı mərmilərindən biri də Qapanlı kənd qəbiristanlığına düşüb. Nəticədə bir neçə məzar dağılıb.

About FERZELIYEV

Check Also

Prezident Gəncə terrorundan yazdı

“Gəncə şəhəri bombardman edilmiş, mülki şəxslərə qarşı dəhşətli cinayət törədilmişdir. Bu, Ermənistan rəhbərliyinin həyata keçirdiyi …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir