Çərşənbə axşamı , Dekabr 9 2025

Ermənilər Qarabağa 150 il əvvəl gəldiklərini BELƏ ETİRAF ETDİLƏR – FOTO

Məlum olduğu kimi, 1828-ci ilin 10 fevral tarixində imzalanan “Türkmənçay müqaviləsi”nin 15-ci maddəsində ermənilərin indiki İran ərazisindən Cənubi Qafqaza köçürülməsindən bəhs olunur.

SEN.AZ xəbər verir ki, 1978-ci ildə keçmiş Ağdərə (Mardaket) rayonunun Leninavan kəndində ermənilər tərəfindən qoyulan abidə də ermənilərin Cənubi Qafqaza, o cümlədən də Qarabağa “Türkmənçay müqaviləsi”ndən sonra köçürüldüyünü təsdiqləyir.

1928-ci ildən sonra ermənilər kütləvi şəkildə İran ərazisində Qarabağa köçürüldü. 1978-ci ildə indiki Tərtər rayonun Şıxarx (Leninavan) kəndinə də Cənubi Azərbaycanın Marağa bölgəsindən təxminən 200 erməni ailəsi gətirilib. Marağadan gələn ermənilər məskublaşdıqları yerin adını erməni dilində “Marağa kəndi” mənasını verən Marağaşen adlandırıblar. 1954-cü ildə kəndin adı dəyişdirilərək Vladimir İliç Leninin şərəfinə Leninavan adlandırılıb. 1992-ci ildə kəndin adı dəyişdirilərək Şıxarx adlandırılıb.

Qeyd edək ki, 1978-ci ildə həmin ailələrin Marağadan köçüb gəlməsinin 150-ci illiyi ilə əlaqədar olaraq kənd ərazisində abidə tikilib və abidənin üzərinə erməni dilində “Marağa-150” sözü yazılıb.

1988-ci ildə keçmiş Dağlıq Qarabağ vilayətində münaqişə başlayan zaman ermənilər üzərində “Marağa-150” yazılan abidəni dağıdıblar. Ermənilərin Qarabağa sonradan köçüb gəldiklərinin açıq etirafı olan həmin abidəni dağıtmaqla qondarma tarixlərini “qorumağa” çalışıblar.
Məlumat üçün bildirək ki, hazırda 1978-ci ildə tikilən və 1988-91-ci illərdə dağıdılan “Marağa-150” abidəsinin qalıqları Azərbaycanın nəzarəti altında olan Şıxarx kəndi ərazisindı qalmaqdır.

Onu da qeyd edək ki, 1992-ci ilə kimi həmin kənddə yaşayan ermənilər hazırda işğal altında olan Ağdərə rayonu ərazisində erməni dilində “Yeni Marağa” mənasını verən “Nor Marağa” adı verdikləri kənddə yaşayırlar.

About FERZELIYEV

Check Also

Tramp daha iki şəhərə Milli Qvardiyanın əsgərlərini göndərə bilər

ABŞ prezidenti Donald Tramp cinayətkarlıqla mübarizə üçün Çikaqo və Nyu-York şəhərlərinə də Milli Qvardiyanının əsgərlərini …

AİB Azərbaycanın infrastrukturunun iqlimə davamlılığını artırmaq üçün layihələr hazırlayacaq

Bakı. Trend: Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın infrastrukturunun iqlimə davamlılığının artırılmasına yönələn layihələr hazırlayacaq. Bu …

KİV: Rusiyada bu il qarabaşaq məhsulu 35% azala bilər

Əlverişsiz hava şəraiti və iqtisadi çətinliklər səbəbindən Rusiyada 2025-ci ilin sonuna qədər qarabaşaq məhsulu 35% …

Keyt Kelloq Ukraynaya səfər edəcək

ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq avqustun 23-də Ukraynaya səfər edəcək. “SEN.az”un xəbərinə görə, bu …

İtaliyanın keçmiş baş naziri Avropanın geosiyasi təsirinin azaldığını bildirib

Bakı. Trend: İtaliyanın keçmiş baş naziri və Avropa Mərkəzi Bankının (AMB) keçmiş rəhbəri Mario Draqi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir